Baxımlı qol və ya Cavid Hüseynovun futbolçuları imkan vermədi ki… VİDEO

10 Dekabr 2023 23:40 II Divizion 1 169
Baxımlı qol və ya Cavid Hüseynovun futbolçuları imkan vermədi ki… VİDEO

Azərbaycan II Liqasında XIII turun matçları keçirilib.

"Cəbrayıl" Bakıda "Şəmkir"lə üz-üzə gəlib.

Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv autsayder rəqibini məğlubiyyətə uğradıb.

Hesabı qonaqlar açıb. Elgün Namazov 9-cu dəqiqədə sol cinahla reyd edərək, baxımlı qola imza atıb.

Asan qələbə qazanacaqlarına arxayın olan nominal ev sahibləri ilk hissəni zəif keçirib. Onların köməyinə baş hakimin fiti çatıb.

Belə ki, 35-ci dəqiqədə şəmkirlilərin qapısı önündə qarışıqlıq yaranıb və referi Səbuhi Bayramov penalti nöqtəsini göstərib. Bu imkanı qaçırmayan Elvin Nəsibov fasilədən 2 dəqiqə sonra başla dublunu rəsmiləşdirib

Bu hesabla qane olmayan cəbrayıllıları 78-ci dəqiqədə kapitan Tapdıq Əhmədov növbəti dəfə sevindirib.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi (IV meydança). 30 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Mirnihad Seyidov
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Əliəkbər Şəbiyev, 65 (qeyri-idman hərəkəti); Mübariz Hüseynzadə, 81 (qeyri-idman hərəkəti); Əli Nəcəfli, 88 (qeyri-idman hərəkəti) // Nicat İsmayılov, 33 (qeyri-idman hərəkəti); Tural Vəlizadə, 67 (hakimin qərarına etiraz); Elgün Namazov, 68 (oyunun bərpasının ləngidilməsi); İsrail İsmayılov, 88 (hakimin qərarına etiraz)
Qollar: Elvin Nəsibov, 35 (p.), 47; Tapdıq Əhmədov, 78 // Elgün Namazov, 9
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Cəbrayıl”

12. Nurlan Quluzadə
9. Elvin Nəsibov
(17. Nurlan Quliyev, 62)
10. Tapdıq Əhmədov
(20. Zahid Abbaszadə, 83)
25. Baxşəli Baxşəliyev
13. Elşad Əliyev (k)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
11. Anar Tağıyev
(14. Əliəkbər Şəbiyev, 62)
90. Ağabəkir Həşimli
(77. Mübariz Hüseynzadə, 62)
4. Saleh Süleymanov
(5. Anar Qarayev, 79)
Ehtiyat oyunçular:

1. Namaz İsmayılov
23. Həsən Həsənli
45. İntiqam Məmmədov
30. Nazim Kərimli
99. İman Müseyibov
21. Kamran Yolçiyev
Baş məşqçi: Cavid Hüseynov

“Şəmkir”

12. İsrail İsmayılov
11. Elgün Namazov
7. Tural Vəlizadə
(57. Nəsimi Həsənli, 83)
2. İlkin Allahverdiyev
8. Ülfan Hüseynov
3. İsmayıl Məmmədov
4. Sənan Həsənov
30. Kərəm Əhmədli
17. Vahid İbrahimov
19. Fəxri Əsgərov
(14. Məhərrəm Bayramlı, 70)
6. Nicat İsmayılov
Ehtiyat oyunçular:

1. Nicat Mahmudov
77. Ülfət Vəliyev
15. Rəşid Zeynalov
25. Rəhman Mustafayev
Baş məşqçi: Xəyal Abdullayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA