COP29

AFFA, belə qollar buraxan komandanın çempionatda nə işi var? - VİDEO

6 Dekabr 2023 17:40 II Divizion 1 418
AFFA, belə qollar buraxan komandanın çempionatda nə işi var? - VİDEO

Azərbaycan II Liqasında XIII turun oyunları keçirilib.

"Şəfa" Binədə "Ağdaş"ı qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ağdaş" oyuna fəal başlasa və ardıcıl 3 qol epizodu yaxalasa da, ilk qolu "Şəfa" vurub. Sahib Cümşüdov 26-cı dəqiqədə müdafiəçini qabaqlayaraq, toru silkələyib.

Qonaqlar yalnız son yarım saatda məqsədinə çatıb. Mehman İbadov öncə avtoqola imza atıb.

Özü də nə avtoqol! AFFA tərəfindən diqqətə alınsa, təəccüblənmərik.

Elə növbəti qolu da. Aqil Mirzəyevin 77-ci dəqiqədə «Ağdaş»ı önə çıxardığı fraqment incələnmək üçün yaxşı «material»dır.

«Şəfa»nın arxa xətdə yol verdiyi yanlışları da bura əlavə edək. Aran təmsilçisi bu bölümdə demək olar ki, ev sahiblərinin cərimə meydançasının həndəvərindən çəkilmədi, sadəcə, qol fürsətlərini boşa verməklə yadda qaldılar.

Yoxsa qarşılaşma 5-6 top fərqiylə bitməli idi. 76-cı dəqiqədə meydana ayaq basmış Tamerlan Rizvanovun qaçırdığı fürsəti isə təkrar-təkrar izləməyə dəyər.

Xallarını 15-ə yüksəldən "Ağdaş" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 20 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Emil Valehov, 54 (qeyri-idman hərəkəti); Asim Quliyev, 63 (hakimin qərarına etiraz) // Xəyal Əmirli, 77 (hakimin qərarına etiraz); Tamerlan Rizvanov, 80 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Loğman Əliyev, 90+2 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək)
Qollar: Sahib Cümşüdov, 27 // Mehman İbadov, 60 (ö.q.); Aqil Mirzəyev, 77
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Şəfa”

79. Ayxan Qələndərli
33. Mehman İbadov
77. Sahib Cümşüdov (k)
3. Kamran Kərimov
2. Rəşad Cabbarlı
19. Emil Valehov
55. Loğman Əliyev
5. Fuad Cahangirli
9. Murad Mehdiyev
(28. Elnur Hacıverdiyev, 46)
7. Asim Quliyev
8. Əhməd Babayev
Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
23. Cəmil Əliyev
Məşqçi: Əli Əliyev

“Ağdaş”

66. Ümid Paşayev
19. Mahir Salmanov
(18. Ayxan Məmmədli, 86)
15. Vasif Nəsirov (k)
90. Nicat Baxşiyev
77. Oleq Xəlilov
(7. Taryel Zeynalov, 76)
2. Aqil Mirzəyev
(6. Tural Əjdərli, 86)
17. Ramal Əhmədov
4. Azad Əzimli
20. Şəhriyar Kərimli
5. Xəyal Əmirli
11. Zamiq Abubəkirov
(10. Tamerlan Rizvanov, 76)
Ehtiyat oyunçular:

1. Pünhan Hacıbalayev
3. Səbuhi Ağayev
22. Teymur Həbibov
36. Şahin Həsənli
24. Eşqin Vəliyev
Baş məşqçi: Ruslan Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"