Azərbaycanda belə kuryoz qol görmüşdüz? - VİDEO

27 Noyabr 2023 17:40 II Divizion 796
Azərbaycanda belə kuryoz qol görmüşdüz? - VİDEO

II Liqada 12-ci tura yekun vurulub.

Çempionluq yarışında iddiasını sürdürən «Cəbrayıl» Lənkəran»da «Lerik»in qonağı olub.

Oyuna sürətli başlayan Qarabağ təmsilçisi hesabı erkən açmağa cəhd göstərib. Bir neçə epizodu qaçıran Cavid Hüseynovun komandası 29-cu dəqiqədə Elvin Nəsibovla istəyinə çatıb.

İkinci hissə daha maraqlı keçib. 62-ci dəqiqədə Kamran Abdullazadənin endirdiyi zərbənin istiqamətini dəyişən Elvin Dəmirov avtoqola imza atıb.

1:1 «Lerik»i qane edib, «Cəbrayıl»ı isə yox. Yenidən irəli atılan Cəbrayılın eyniadlı təmsilçisi tezliklə ikinci qolu vurub, di gəl, baş hakim Əkbər Əhmədov onu qeydə almayıb.

77-ci dəqiqədə isə referi ikinciləri sevindirib. Tapdıq Əhmədov penaltini qaçırmayıb. Oyunun sonuna yaxın qonaqlar üçüncü dəfə fərqlənib.

«Lerik»in müdafiəçisi kornerdən göndərilən asmaya tərs zərbə endirib, qapıçı Hafiz Məmmədlini keçən topa başla toxunan Elvin Nəsibov dubl müəllifi olub.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 250 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Rəhman Aslanov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Valid Yusubzadə, 13 (qeyri-idman hərəkəti); Namiq Salayev, 53 (qeyri-idman hərəkəti); Şəhriyar Zərbəliyev, 77 (hakimin qərarına etiraz) // Elvin Nəsibov, 14 (qeyri-idman hərəkəti); Ağabəkir Həşimli, 69 (hakimin qərarına etiraz)
Qollar: Elvin Nəsibov, 29, 86; Tapdıq Əhmədov, 77 (p.) // Elvin Dəmirov, 62 (ö.q.)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Lerik”

12. Hafiz Məmmədli
25. Şəhriyar Zərbəliyev
3. Əflatun Məmmədov
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
(10. Nurlan Əmirzadə, 57)
42. Valid Yusubzadə
7. Kamran Abdullazadə (k)
(15. Rəsul Məmmədov, 90+6)
22. Namiq Salayev
20. Rahid Ağazadə
4. Vusal Nuriyev
(6. Mətin Əbilsoy, 46)
11. Rəvan Quluzadə
(14. Məhəmməd Məmmədzadə, 84)
Ehtiyat oyunçular:

1. Ayaz Məmmədli

Baş məşqçi: Vidadi Hüseynov

“Cəbrayıl”

12. Nurlan Quluzadə
9. Elvin Nəsibov
10. Tapdıq Əhmədov
25. Baxşəli Baxşəliyev
(17. Nurlan Quliyev, 71)
26. Elvin Dəmirov
(4. Saleh Süleymanov, 87)
13. Elşad Əliyev (k)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
(11. Anar Tağıyev, 87)
90. Ağabəkir Həşimli
(7. Mehman Süleymanlı, 74)
Ehtiyat oyunçular:

62. Mənsum Hüseynov
23. Həsən Həsənli
45. İntiqam Məmmədov
99. İman Müseyibov
47. Eldar Zeynalov
15. Nihat Şirinzadə
5. Anar Qarayev
20. Zahid Abbaszadə
Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!