COP29

Azərbaycanda 10-cu dəfə məğlub olan komandanın halı budur - VİDEO

26 Noyabr 2023 23:40 II Divizion 682
Azərbaycanda 10-cu dəfə məğlub olan komandanın halı budur - VİDEO

II Liqada 12-ci tura yekun vurulub.

Medallar uğrunda mübarizə aparan «Şahdağ Qusar» Şamaxıda «Şəfa»nı qəbul edib.

Yerli Olimpiya Kompleksinin stadionunda keçirilən qarşılaşma nominal ev sahiblərinin 5:0-lıq qələbəsi ilə başa çatıb.

Bəhram Şahquliyevin komandası hesabı erkən açıb. Artıq 7-ci dəqiqədə İlqar Hüseynov ilk fürsəti dəyərləndirib.

Hissənin sonuna yağın Ruslan Ağalarov fərqi iki topa çatdırıb. Fasilədən sonra da hücumlarını davam etdirən qusarlıların heyətində Tural Qürbətov dubla imza atıb.

Hücumçu 69 və 76-cı dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək, çempionatdakı ümumi qollarının sayını 13-ə çatdırıb. Coşqun Qorçiyevun toru silkələdiyi epizodda «Şahdağ»ın maraqlı hücum qurmasını qeyd etməliyik.

Referi Namiq Bəkirov 81-ci dəqiqədə «Şəfa»nın lehinə penalti nöqtəsini göstərib, topa yaxınlaşan Asim Quliyevin zərbəsi qapının xeyli üstündən keçib.

«Şahdağ» bu qələbə sayəsində xallarının sayını 24-ə çatdırıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 10-cu məğlubiyyətini alan «Şəfa» 4 xalla sonuncu - 14-cü yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Coşqun Qorçiyev, 63 (qeyri-idman hərəkəti); Nicat Abbasov, 79 (qeyri-idman hərəkəti); Ruslan Ağalarov, 90 (qeyri-idman hərəkəti) // Sərxan Camalzadə, 78 (qeyri-idman hərəkəti)
Qollar: İlqar Hüseynov, 7; Ruslan Ağalarov, 41; Tural Qurbatov, 69 (p.); 76 (p.); Coşqun Qorçiyev, 72
Qolla nəticələnməyən penalti: Asim Quliyev, 81
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
3. Əlimirzə Daşzərini
(17. Nicat Abbasov, 61)
88. Mehdi Rəsulov
11. Tural Qurbatov
(16. Denis İsmixanov, 86)
38. Mübarək Şaquliyev
71. İlqar Hüseynov
(19. Samir Şixzadayev, 61)
7. Salman Atluxanov
(30. Ruslan Kiçibəyov, 78)
77. Coşqun Qorçiyev
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
27. Kamran Qürbətov
Baş məşqçi: Bəhram Şaquliyev

“Şəfa”

79. Ayxan Qələndərli
(12. Fərrux Əzizov, 46)
33. Mehman İbadov
3. Kamran Kərimov
2. Rəşad Cabbarlı
(28. Elnur Hacıverdiyev, 73)
19. Emil Valehov
6. Sərxan Camalzadə (k)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
7. Asim Quliyev
13. İbrahim İsmayılov
(9. Murad Mehdiyev, 56)
Ehtiyat oyunçular:
23. Cəmil Əliyev
Məşqçi: Əli Əliyev

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"