COP29

Azərbaycanda belə gözəl qolu saymırlarsa... VİDEO

24 Noyabr 2023 18:00 II Divizion 1 695
Azərbaycanda belə gözəl qolu saymırlarsa... VİDEO

II Liqada XII turun görüşləri davam edir.

"Füzuli" Bakıda “Göygöl"ü qəbul edib.

Qarşılaşma nominal ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

90 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçib, qapılar önündə xeyli qol epizodu yaradılıb.

İlk hissənin ortasında Əziz Hüseynov cərimə zərbəsindən sonra başla toru silkələsə də, İslam Məmmədov müəmmalı qərar verib, onu qeydə almayıb. Bununla belə, kapitan Hüseyn Axundov 45-ci dəqiqədə “Füzuli”ni istəyinə çatdırıb.

İkinci hissəyə fəal başlayan qonaqlar 10 dəqiqə aralığında iki dəfə fərqlənib. Öncə Vüqar Əşrəfli bərabərlik qoluna imza atıb, ardınca ona görə təyin olunan penaltini Ülvi Cəlilov ikinci cəhddə dəyərləndirib.

Cəlilov qapıçı Rafiq Kərimovun qaytardığı toplu başla tora qovuşdurub. Eyni hal 85-ci dəqiqədə yaşanıb.

Təmraz Əmircanov penaltini qaçırınca, topa hamıdan qabaq çatan Cəsur Hüseynov hesabı 2:2 edib. Beş dəqiqə sonra “Füzuli” Əziz Hüseynovla oyunda sön nöqtəni qoyub.

SPORTİNFO.AZ

“ASK Arena”. 50 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Samir Qaracayev, Mirnihad Seyidov
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Əziz Hüseynov, 32 (qeyri-idman hərəkəti); Rafiq Kərimov, 77 (qeyri-idman hərəkəti) // Fərid Məmmədov, 68 (qeyri-idman hərəkəti); Səmid Rüstəmbəyli, 89 (oyunun bərpasının ləngidilməsi); Vüqar Əşrəfli, 90, 90 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Vüqar Əşrəfli, 90
Qollar: Hüseyn Axundov, 45; Cəsur Hüseynov, 85; Əziz Hüseynov, 90 // Vüqar Əşrəfli, 68; Ülvi Cəlilov, 78
Qolla nəticələnməyən penaltilər: Təmraz Əmircanov, 85 // Ülvi Cəlilov, 78
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Füzuli”

12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
(5. Vüsal Səfərov, 90+1)
22. Rafael Qavami
(10. Cəsur Hüseynov, 72)
17. Vüsal Tahirov
(9. Elnur Səmədov, 46)
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(71. Sergey Markelov, 80)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
20. Haqverdi Həsənov
21. Kənan Mirzəliyev
3. Nurlan Məmmədov
Ehtiyat oyunçular:

1. Əyyub Əliyev
95. Əli İbrahimov
28. Ramil Məmmədov
44. Rafət Hənifli
8. Cavid Rəhimov
11. Rəvan Abasov
18. Nicad Şəmmədov
Məşqçi: Xəqani Quliyev

“Göygöl”

1. Nicat Əmirxanov
17. Emil Mürsəlov
5. Səmid Rüstəmbəyli
(22. Vüsal Mehdiyev, 85)
10. Ziyabil Məmmədov
20. Cavid Abbasov
8. Fizuli Həsənzadə
(6. Kərim Vəliyev, 46)
14. Ülvi Cəlilov
7. Vüqar Əşrəfli (k)
70. Kamal Həsən-pur
25. Fərid Məmmədov
11. İntiqam Tağıyev
Ehtiyat oyunçular:
2. Möhsün Tapdıqov
4. Qaya Nəsibov
Məşqçi: Elnur Kazımov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"