Azərbaycan çempionatında 2 ŞÜBHƏLİ QƏRAR – VİDEO

23 Noyabr 2023 17:40 II Divizion 837
Azərbaycan çempionatında 2 ŞÜBHƏLİ QƏRAR – VİDEO

Azərbaycan II Liqasında XII turun görüşləri keçirilir.

"Ağdaş" doğma meydanda "Dinamo"nu qəbul edib.

80 tamaşaçının izlədiyi qarşılaşma bölgə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahibləri hesabı erkən açıb. Vasif Nəsirov 10-cu dəqiqədə künc zərbəsindən göndərilən topu başla qapının uzaq küncünə fırladıb.

Qonaqların qapıçısı Elmin Qaçaylı «yuvarlaq meşin»in kornerə çıxacağını gözlədiyindən, zərbəyə reaksiya verməyə gecikib.

O, ikinci hissənin əvvəlində daha bir səhvə yol verib. Bu dəfə Zamiq Abubəkirov fərqlənib.

«Dinamo» yalnız bundan sonra fəallığı artırıb və yenə səhnəyə Valeh Seyidov çıxıb. Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu əsl hücumçu keyfiyyətini nümayiş etdirərək, çempionatdakı qollarının sayını 9-a çatdırıb.

«Polislər» daha 2 belə fürsəti isə boşa verincə, ağdaşlılar üçüncü topu vurmağa müvəffəq olub.

Bir qeydi də nəzərinizə çatıraq: matçın baş hakimi Səbuhi Bayramov 2 qərarla diqqət mərkəzinə düşüb. Referi öncə meydan sahiblərinin, ardınca «Dinamo»nun təmiz qolunu qeydə almayıb.

Hansı səbəbdən? AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparsa, nəticəsini öyrənmək bizə də maraqlı olar.

Xallarını 12-yə yüksəldən "Ağdaş" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 15 xalı olan "Dinamo" isə 8-ci yerdədir.

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 80 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Orxan İbişov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Oleq Xəlilov, 55 (qeyri-idman hərəkəti); Taryel Zeynalov, 72 (hakimin qərarına etiraz) // Aslan Səlimov, 73 (qeyri-idman hərəkəti)
Qollar: Vasif Nəsirov, 10; Zamiq Abubəkirov, 47; Taryel Zeynalov, 71 // Valeh Seyidov, 64
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 5 dəq.

“Ağdaş”

66. Ümid Paşayev
19. Mahir Salmanov
(18. Ayxan Məmmədli, 81)
15. Vasif Nəsirov (k)
90. Nicat Baxşiyev
77. Oleq Xəlilov
2. Aqil Mirzəyev
(23. Habil Məmmədli, 71)
17. Ramal Əhmədov
20. Şəhriyar Kərimli
7. Taryel Zeynalov
5. Xəyal Əmirli
(4. Azad Əzimli, 85)
11. Zamiq Abubəkirov
Ehtiyat oyunçular:

12. Rəvan Əliyev
1. Pünhan Hacıbalayev
33. Sahil Nəcməddinov
3. Səbuhi Ağayev
22. Teymur Həbibov
36. Şahin Həsənli
10. Tamerlan Rizvanov
14. Elxan Məhərrəmov
Baş məşqçi: Ruslan Hüseynov

Dinamo”

12. Elmin Qaçaylı
11. Şahin Əliyev
(4. Məhəmməd Rəşidli, 85)
7. Elmin Əskərli
20. Valeh Seyidov (k)
5. Elxan Zeynalabdinzadə
10. Ziya Məmmədli
(19. Əkbər Səfərzadə, 90+3)
15. Tərlan Veysəlli
6. Kərim Məmmədov
16. Aslan Səlimov
(99. Uğur Sayıllı, 74)
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə
Ehtiyat oyunçular:
55. Nihat Bayramlı
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
Məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti