Bir kobud səhv rayon komandasını belə çökdürdü - VİDEO+FOTOREPORTAJ

18 Noyabr 2023 17:40 II Divizion 781
Bir kobud səhv rayon komandasını belə çökdürdü - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XI tura yekun vurulub.

"Cəbrayıl" Bakıda "Şəki Siti"ni qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı qonaqlar açıb. Ceyhun Rəcəbli 18-ci dəqiqədə müdafiəçinin səhvini bağışlamayıb. Buna qədər isə Kamran Əliyev “Şəki”nin erkən qolunu qeydə almayıb.

Cavid Hüseynovun komandası yalnız son yarımsaatda “işə düşüb”. Fasiləyədək iki epizodu qaçıran “Cəbrayıl” 66-cı dəqiqədə darmadağının əsasını qoyub.

Baxşəli Baxşəliyevin status-kvonu təmin etdiyi anda Yusif Mamqayevin səhvi diqqət çəkib. Şəkililərin qapıçısı üstünə gələn və o qədər də güclü olmayan topu əllərinin arasından tora buraxıb.

İlk hissədə qurtarışları ilə yadda qalmış Yusifin inanılmaz xətası özünü və komanda yoldaşlarını ruhdan salıb.

Hesabda yenidən önə keçmək istəyi tükənən “Şəki” bir-birinin ardınca qollarını sıralayıb. Elvin Nəsibov, Tapqıd Əhmədov və Mehman Süleymanlı müqavimətə rastlaşmadan hesaba qatqı verib.

Xallarını 24-ə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 19 xalı olan "Şəki Siti" 7-ci yerdədir.

SPORTİNFO.AZ

14 noyabr 2023. Saat 13:00. Neftçi Futbol Mərkəzi (IV meydança). 40 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Asiman Əzizli
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Elvin Dəmirov, 32 (qeyri-idman hərəkəti); Mübariz Hüseynzadə, 84 (qeyri-idman hərəkəti) // Yusif Dilanov, 23 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 32 (qeyri-idman hərəkəti); Elşən Mustafayev, 42 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 52 (qeyri-idman hərəkəti)
Qollar: Baxşəli Baxşəliyev, 66; Elvin Nəsibov, 75; Tapdıq Əhmədov, 77; Mehman Süleymanlı, 88 // Ceyhun Rəcəbli, 18
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Cəbrayıl”

23. Həsən Həsənli
9. Elvin Nəsibov
(17. Nurlan Quliyev, 85)
10. Tapdıq Əhmədov
25. Baxşəli Baxşəliyev
26. Elvin Dəmirov
13. Elşad Əliyev (k)
7. Mehman Süleymanlı
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
14. Əliəkbər Şəbiyev
(11. Anar Tağıyev, 85)
90. Ağabəkir Həşimli
(77. Mübariz Hüseynzadə, 80)

Ehtiyat oyunçular:

1. Namaz İsmayılov
12. Nurlan Quluzadə
30. Nazim Kərimli
99. İman Müseyibov
21. Kamran Yolçiyev
5. Anar Qarayev
20. Zahid Abbaszadə

Baş məşqçi: Cavid Hüseynov

“Sheki City”

1. Yusif Mamqayev
5. Ramin İsmayılov (k)
14. Elçin Ramazanov
3. Nicat İmaməliyev
27. Yusif Dilanov
10. Ravil Yusifli
44. Osman Soltanov
11. Ceyhun Rəcəbli
21. Elşən Mustafayev
9. İmran Azaxov
77. Ramin Məmmədov

Ehtiyat oyunçular:

62. Elnar Şabanov
60. Tunar Səlimov

Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti