Azərbaycan II Liqasında XI turun görüşləri keçirilib.
"Dinamo" Binədə "Şəfa"nı qəbul edib.
Qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Bununla, "polislər" ötən tur "Şahdağ"a 0:9 hesablı məğlubiyyəti qismən unutdura bilib.
Novruz Əzimovla vidalaşan "dinamoçular" qələbə qolunu Valeh Seyidovla vurub.
Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu olan hücumçu ikinci hissədə ona qarşı kobudluğa görə təyin edilən penaltini tora qovuşdurub və çempionatdakı qollarının sayını 8-ə çatdırıb.
Ev sahibləri 41-ci dəqiqədən etibarən meydanda azlıqda qalıb. Qapıçı İbrahim Bağırov cərimə meydançasından kənarda "Şəfa"nın hücumunun qarşısını əllə kəsib.
Voleybolçulara xas fəndlə həmləni önləyən kiperi 2005-ci il təvəllüdlü həmkarı Elmin Qaçaylı əvəzləyib.
İkinci matçın qalan bölümündə 1-2 xırda səhvi saymasaq, inamlı təsir bağışlayıb. Azından üç dəfə komandasını qoldan xilas eləyib.
Xallarını 15-ə yüksəldən "Dinamo" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə 13-cü yerdədir.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 20 tamaşaçı Baş hakim: Rauf Allahverdiyev Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Elman Kərimov Dördüncü hakim: Alik Yunusov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Kifayət Mustafayeva Sarı vərəqələr: Aslan Səlimov, 41 (hakimin qərarına etiraz); Yusif Cəfərov, 58 (qeyri-idman hərəkəti); İlkin Həsənli, 87 (oyunun bərpasının ləngidilməsi); Elmin Qaçaylı, 90+3 (oyunun bərpasının ləngidilməsi) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Əli Əliyev, oyun bitdikdən sonra (Hakimin qərarına etiraz) Qırmızı vərəqə: İbrahim Bağırov, 41 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə) Qol: Valeh Seyidov, 73 (p.) Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
“Dinamo”
1. İbrahim Bağırov
11. Şahin Əliyev
(77. İsa Cəbiyev, 69)
7. Elmin Əskərli
(18. Əli Hacıyev, 90)
20. Valeh Seyidov (k)
8. Yusif Cəfərov
24. İlkin Həsənli
10. Ziya Məmmədli
6. Kərim Məmmədov
16. Aslan Səlimov
(12. Elmin Qaçaylı, 43)
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə Ehtiyat oyunçular:
15. Tərlan Veysəlli
5. Elxan Zeynalabdinzadə
19. Əkbər Səfərzadə
55. Nihat Bayramlı
99. Uğur Sayıllı
14. Rəmzi Səfərov Məşqçi: İsmayıl Vəkiliqazicahani
“Şəfa”
79. Ayxan Qələndərli
33. Mehman İbadov
2. Rəşad Cabbarlı
(3. Kamran Kərimov, 78)
19. Emil Valehov
6. Sərxan Camalzadə (k)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
9. Murad Mehdiyev
(29. Museyib Beydiyev, 65)
7. Asim Quliyev
13. İbrahim İsmayılov Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
28. Elnur Hacıverdiyev
21. Kərim Quluzadə Məşqçi: Əli Əliyev