Baxın, mütləq baxın: Azərbaycanlı oyunçudan ƏLA QOL - VİDEO

16 Noyabr 2023 17:40 II Divizion 938
Baxın, mütləq baxın: Azərbaycanlı oyunçudan ƏLA QOL - VİDEO

Azərbaycan II Liqasında XI turun görüşləri keçirilib.

"Qusar" Sumqayıtda "Ağdaş"ı qəbul edib.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Birincilər matçın əvvəlində iki dəfə toru silkələyib. Rövşən Rəcəbov hər iki ahlda qolu qeydə almayıb.

Orxan Qurbanlı 24-cü dəqiqədə diqqət mərkəzinə düşüb. O, təqribən 30 metr məsafadən sol ayaqla qapını dəqiq nişan alıb. Qol kifayət qədər baxımlı alınıb.

Firudin Ağalarov 32-ci dəqiqədə fərqi artırıb. Fasilədən az sonra isə Aslan Hüseynov adını tabloya yazdırıb.

Bundan sonra aktivləşən qonaqlar ilk yarımsaatın tamanmında Xəzər Məmmədovun baş zərbəsiylə təsəlli qoluna imza atıb. “Ağdaş” daha 2 epizodda fərqlənməyə yaxın olub, amma Əli Həsənli qapsının toxunulmazlığını təmin edib.

Xallarını 23-ə yüksəldən "Qusar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Ağdaş" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Ruslan Quliyev, Mirnihad Seyidov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Vüsal Hüseynov, 49 (qeyri-idman hərəkəti) // Tural Əjdərli, 56 (qeyri-idman hərəkəti); Ramal Əhmədov, 66 (qeyri-idman hərəkəti); Aqil Mirzəyev, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Orxan Qurbanlı, 25; Firudin Ağalarov, 32; Aslan Hüseynov, 52 // Xəzər Məmmədov, 60
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

Qusar”

1. Əli Həsənli
77. Ruslan Poladov
(14. Nurlan İskəndərov, 58)
(17. Şahmar Sədiyev, 81)
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
20. Pərviz Qaraxanov
(18. İlham Yarəliyev, 89)
4. Vüsal Hüseynov
13. Viqar Əlibabayev
5. Elnur Dəmirli
(2. Emin Əliyev, 58)
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:
22. Ağaseyid Qasımov
10. Təyyar Məmmədov
26. Mirmehdi Rzayev
Baş məşqçi: Emin Əmiraslanov

“Ağdaş”

1. Pünhan Hacıbalayev
90. Nicat Baxşiyev
9. Xəzər Məmmədov
(33. Sahil Nəcməddinov, 80)
2. Aqil Mirzəyev
3. Səbuhi Ağayev (k)
17. Ramal Əhmədov
20. Şəhriyar Kərimli
5. Xəyal Əmirli
(19. Mahir Salmanov, 54)
6. Tural Əjdərli
(4. Azad Əzimli, 62)
18. Ayxan Məmmədli
(77. Oleq Xəlilov, 54)
10. Tamerlan Rizvanov
Ehtiyat oyunçular:

66. Ümid Paşayev
23. Habil Məmmədli
36. Şahin Həsənli
11. Zamiq Abubəkirov
14. Elxan Məhərrəmov
Baş məşqçi: Ruslan Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA