Komandasını xilas etdi, ayağa qalxa bilmədi, vəzifəsindən istefa verdi - VİDEO

15 Noyabr 2023 17:40 II Divizion 1 170
Komandasını xilas etdi, ayağa qalxa bilmədi, vəzifəsindən istefa verdi -  VİDEO

Azərbaycan II Liqasında XI turun görüşləri keçirilib.

Ötən tur “Dinamo”nun qapısından 9 cavabsız qol keçirmiş "Şahdağ Qusar" bu dəfə Bakıda "Füzuli"nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Rubin Seyidov 36-ci dəqiqədə cərimə zərbəsindən sonra topu başla qapıdan keçirib.

Fasiləyədək öz oyunun tapmayan nominal ev sahibləri fasilədən sonra fəallığı artırıb. Haqverdi Həsənov 67-ci dəqiqədə müdafiəçilərin səhvindən yararlanaraq, hesabı bərabərləşdirib.

Qusar təmsilçisi yenidən önə atılaraq, üstünlüyünü geri qaytarmağa çalışıb. Belə epizodlardan birində qapıçı Rafiq Kərimov “Füzuli”ni xilas edib.

O, əla seyv göstərərək, son anda topun toru silkələməsinə mane olub. Adıçəkilən kiper matçın son dəqiqəsində hamını qorxudub

. Rəqib hücumçu ilə hava mübarizəsinə qalxan Kərimovzədə alıb və final fitindən sonra da ayağa qalxa bilməyib. O, yalnız komanda yoldaşlarının köməyi ilə paltardəyişmə otağına aparılıb.

Xallarını 21-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 20 xalı olan "Füzuli" isə 5-ci yerdədir.

Bu qarşılaşmadan sonra “Füzuli"nin baş məşqçisi Amit Quluzadə klubdan ayrılıb. Bu barədə 31 yaşlı mütəxəssis öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Mövsümün əvvəlində bura gələn gənc çalışdırıcı vəzifəsindən istefa verdiyini bildirib.

SPORTİNFO.AZ

“ASK Arena”. 40 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Sənan Atayev
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Süleyman Piriyev, 73 (qeyri-idman hərəkəti); Elnur Səmədov, 73 (qeyri-idman hərəkəti) // Mübarək Şaquliyev, 45 (qeyri-idman hərəkəti); Əlimirzə Daşzərini, 57 (qeyri-idman hərəkəti); Kamran Qürbətov, 73 (qeyri-idman hərəkəti); Fərman Qənbərov, 74 (hakimin qərarına etiraz), 90+4 (qeyri-idman hərəkəti); İlqar Hüseynov, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Fərman Qənbərov, 90+4
Qollar: Haqverdi Həsənov, 66 // Rubin Seyidov, 36
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Füzuli”

12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
17. Vüsal Tahirov
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(10. Cəsur Hüseynov, 79)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
(5. Vüsal Səfərov, 90)
20. Haqverdi Həsənov
21. Kənan Mirzəliyev
3. Nurlan Məmmədov
(22. Rafael Qavami, 58)
11. Rəvan Abasov
(9. Elnur Səmədov, 46)
Ehtiyat oyunçular:

1. Əyyub Əliyev
95. Əli İbrahimov
28. Ramil Məmmədov
71. Sergey Markelov
44. Rafət Hənifli
8. Cavid Rəhimov
18. Nicad Şəmmədov
Məşqçi: Xəqani Quliyev

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
(20. Elmin Əlizadə, 76)
3. Əlimirzə Daşzərini
(77. Coşqun Qorçiyev, 61)
88. Mehdi Rəsulov
(71. İlqar Hüseynov, 46)
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
7. Salman Atluxanov
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
17. Nicat Abbasov
19. Samir Şixzadayev
30. Ruslan Kiçibəyov
Baş məşqçi: Bəhram Şaquliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA