Ronaldo Qaxa gəlsəydi... VİDEO+FOTOREPORTAJ

14 Noyabr 2023 17:40 II Divizion 1 025
Ronaldo Qaxa gəlsəydi... VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XI tura yekun vurulub.

"Kürmük” Qaxda "Lerik"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar buna görə özlərini qınamalıdır. Müdafiə zonasında buraxılan kobud səhvlər darmadağının əsas səbəbidir.

Büsat Süleymanov 13-cü dəqiqədə ilk qolu vurub. Qapıçı Ayaz Məmmədlinin xətası kuryoz qolla nəticələnib.

Qaxa 14 futbolçu gətirmiş cənublular növbəti iki qolda da öz kiperini günahlandırmalıdır. Ayazın çıxışda yol verdiyi yanlışlıqlar meudan sahiblərinin “çörəyinə yağ sürtüb”.

“Lerik”in baş məşqçisi Vidadi Hüseynov fasilədə adıçəkilən “əlcək sahibi”ni Hafiz Məmmədli ilə əvəzləyib. O, həmkarına nisbətən inamlı təsir bağışlayıb.

Lakin yenə arxa xətt oyunçularının etdiyi xəta “Kürmük”ün dötdüncü qolu vurmasıyla yekunlaşıb. Topu boş qapıya göndərməklə dublunu rəsmiləşdirən Fuad Osmanlı Kriştianu Ronaldonun qol sevincini təkrarlayıb.

“Lerik” matçın qalan bölümündə hərəkətə gəlsə də, təsəlli qoluna imza ata bilməyib. İki epizodda şansı boşa verən qonaqların qapıdan keçirdiyi bir topu da baş.hakim Elvin Bayramov qeydə almayıb.

Xallarını 7-yə yüksəldən "Kürmük Qax" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Lerik" isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Orxan İbişov, Zakir Şükürzadə
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Nurlan Camallı, 59 (qeyri-idman hərəkəti) // Məhəmməd Məmmədzadə, 33 (qeyri-idman hərəkəti); Vusal Nuriyev, 79 (qeyri-idman hərəkəti)
Qollar: Büsat Süleymanov, 14; Fuad Osmanlı, 26, 56; Nail Təhməzli, 41
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
(4. Təbriz Feyzullayev, 73)
7. Qafar Qafarov
88. Elçin Süleymanov
61. Şamil Rəcəbli
9. Nail Təhməzli
(21. Rəvan Qurbanzadə, 70)
14. Vüqar Məmmədli
26. Fuad Osmanlı
(99. Elvin Süleymanov, 70)
77. Roma Dukaşvili
16. Büsat Süleymanov
(3. Emil Eyvazlı, 51)
11. Nurlan Camallı
(23. Elvin Abidli, 73)
Ehtiyat oyunçular:

1. Murtuzəli Cabbarov
94. Faiq Əliyev
22. Fərid Məhyəddinov
13. Sərxan Mirzəyev
6. Təbriz Hacıyev
2. Cəlil Əhmədov
17. Musa Kərimli
Baş məşqçi: Telman Kərimov

“Lerik”

1. Ayaz Məmmədli
(12. Hafiz Məmmədli, 46)
3. Əflatun Məmmədov
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
7. Kamran Abdullazadə (k)
21. Nicat Səfərov
20. Rahid Ağazadə
8. Qədir Həsənov
(15. Rəsul Məmmədov, 70)
14. Məhəmməd Məmmədzadə
(10. Nurlan Əmirzadə, 46)
4. Vusal Nuriyev
11. Rəvan Quluzadə
Ehtiyat oyunçular:
Baş məşqçi: Vidadi Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA