II Liqada X tura yekun vurulub.
Hesabat həftəsinin mərkəzi qarşılaşmasında çempionatın liderləri - "Baku Sportinq" və "Cəbrayıl" Binədə üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Məhəmməd Xəlilov ilk yarımsaatın tamamında hesabı açıb. O, vurduğu qolu komanda yoldaşlarıyla birlikdə qeyd edib, özü də qəriböə tərzdə.
Xəlilov ikinci hissənin əvvəlində müdafiəçiləri çaşbaş salaraq, dublunu rəsmiləşdirib. Ev sahibləri az sonra rəqib torunu silkələyib.
Baş hakim İnqilab Məmmədov qolu qeydə almayıb, ardınca «Cəbrayıl»ın lehinə penalti fiti çalıb. Tapdıq Əhmədov fürsəti boşa verməyib.
Amma qonaqların bundan artığına gücü çatmayıb. "Baku Sportinq" Elməddin Hüseynzadə ilə fərqi yenidən artırıb.
Qərib İbrahimov isə 65-cu dəqiqədə son nöqtəni qoyub. Vaxtilə «Simurq»un formasını geyinmiş müdafiəçi uzaq məsafədən baxımlı qola imza atıb.
Xallarını 25-ə yüksəldən "Bakı Sportinq" liderliyini davam etdirir. 21 xalı olan "Cəbrayıl" ikinci yerdədir.
SPORTİNFO.AZ
|
\Binə qəsəbə stadionu. 150 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Bəxtiyar Soltanov, 71 (qeyri-idman hərəkəti) // Saleh Süleymanov, 72 (qeyri-idman hərəkəti)
Qollar: Məhəmməd Xəlilov, 30, 51; Elməddin Hüseynzadə, 62; Qərib İbrahimov, 65 // Tapdıq Əhmədov, 59 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
|
|
|
|
“Baku Sportinq”
1. Cəfər Əlizadə
25. Qərib İbrahimov
(10. Elgün Abbaslı, 90+1)
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
7. Məhəmməd Xəlilov
(14. Emil Həsənzadə, 83)
3. Taleh Babayev
(8. Aqşin Paşayev, 24)
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
44. Vüqar Rəhimov
5. Rəvan Kərimov
99. Hakan Həsənov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
4. Elşad Manafov
28. Ülvi Quliyev
6. Ağası Babayev
2. Ramil Rüstəmov
16. Emin Hüseynzadə
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov
|
“Cəbrayıl”
23. Həsən Həsənli
10. Tapdıq Əhmədov (k)
17. Nurlan Quliyev
25. Baxşəli Baxşəliyev
26. Elvin Dəmirov
7. Mehman Süleymanlı
(77. Mübariz Hüseynzadə, 56)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
40. Fərrux Fərzəliyev
(99. İman Müseyibov, 36)
(9. Elvin Nəsibov, 72)
4. Saleh Süleymanov
Ehtiyat oyunçular:
1. Namaz İsmayılov
45. İntiqam Məmmədov
30. Nazim Kərimli
13. Elşad Əliyev
21. Kamran Yolçiyev
11. Anar Tağıyev
90. Ağabəkir Həşimli
5. Anar Qarayev
20. Zahid Abbaszadə
Baş məşqçi: Cavid Hüseynov
|
|
|