Kapitan belə səhvlər edirsə, evin yıxıldı – Rayondan VİDEO

11 Noyabr 2023 19:40 II Divizion 689
Kapitan belə səhvlər edirsə, evin yıxıldı – Rayondan VİDEO

Azərbaycan II Liqasında X tura yekun vurulub.

Liderlər qrupunda yer alan "Şəki Siti" gözlənilməz məğlubiyyətlə üzləşib.

Şəkililər doğma meydanda autsayder "Kürmük Qax"a uduzub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qax komandası mövsüm ərzində qazandıqları ilk qalibiyyətə görə ev sahiblərinin kapitanı Səbuhi Əhmədova «sağ ol» deməlidir. «Şəki»nin qapısını qoruyan Əhmədovun ikinci hissədə yol verdiyi kobud səhvlər qolla nəticələnib.

O, öncə Vüqar Məmmədlinin cərimə meydançası həndəvərindən vurduğu topun yaxın küncdən qapıya daxil olmasını əngəlləməyib. Ardınca isə Qafar Qafarovun təqribən 30 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsini qaytarmağa acizlik göstərib.

80-cit dəqiqədə baş hakim Əkbər Əhmədov diqqət mərkəzinə düşüb. Referi cərimə meydançasında özünü yerə atan Ceyhun Rəcəblini cəzalandırmaq əvəzinə «Kürmük»ün qapısına penalti təyin edib,

Oyunun son dəqiqələri gərgin keçib və bu, qonaqların baş məşqçisi Telman Kərimovun texniki zonadan kənarlaşdırılması ilə nəticələnib. Hakimin qərarına etiraz bildiriyi üçün.

10 turdan sonra 19 xal toplayan "Şəki Siti" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Xallarını 4-ə yüksəldən "Kürmük Qax" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 450 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Samir Qaracayev
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Süleyman Rauflu, 69 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 69 (hakimin qərarına etiraz); Tunar Səlimov, 76 (qeyri-idman hərəkəti); Osman Soltanov, 90 (hakimin qərarına etiraz) // Qafar Qafarov, 25 (qeyri-idman hərəkəti); Emil Eyvazlı, 44 (qeyri-idman hərəkəti); Elçin Süleymanov, 56 (qeyri-idman hərəkəti); Elcan Hafizli, 78 (qeyri-idman hərəkəti); Elvin Süleymanov, 83 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Telman Kərimov, 90 (hakimin qərarına etiraz)
Qollar: Osman Soltanov, 80 (p.) // Vüqar Məmmədli, 70; Qafar Qafarov, 77
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
27. Yusif Dilanov
44. Osman Soltanov
11. Ceyhun Rəcəbli
21. Elşən Mustafayev
9. İmran Azaxov
77. Ramin Məmmədov
60. Tunar Səlimov
(19. Elgün Şahmirov, 80)
Ehtiyat oyunçular:

1. Yusif Mamqayev
13. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
88. Elçin Süleymanov
61. Şamil Rəcəbli
(2. Cəlil Əhmədov, 86)
10. Elcan Hafizli
(99. Elvin Süleymanov, 72)
14. Vüqar Məmmədli
(11. Nurlan Camallı, 72)
26. Fuad Osmanlı
(9. Nail Təhməzli, 46)
77. Roma Dukaşvili
3. Emil Eyvazlı
(4. Təbriz Feyzullayev, 46)
16. Büsat Süleymanov
Ehtiyat oyunçular:

1. Murtuzəli Cabbarov
22. Fərid Məhyəddinov
23. Elvin Abidli
13. Sərxan Mirzəyev
6. Təbriz Hacıyev
17. Musa Kərimli
21. Rəvan Qurbanzadə
Baş məşqçi: Telman Kərimov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA