DİQQƏT! Bu komanda sanki uduzmağa öncədən razı imiş… VİDEO

10 Noyabr 2023 17:40 II Divizion 846
DİQQƏT! Bu komanda sanki uduzmağa öncədən razı imiş… VİDEO

Azərbaycan II Liqasında X tura yekun vurulub.

"Şəmkir" öz meydanında "Füzuli"ni qəbul edib.

Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb. Təmraz Əmircanov 55-ci dəqiqədə penaltidən fərqlənib.

Ona kimi oyun sakit məcrada keçib? Hardasa hə, hardasa yox.

Qarabağ təmsilçisi hesabı açana kimi təhlükəli epizodları sıralayıb. Üç-dörd epizodda İsrail İsmayılov ev sahiblərinin dadına yetişib.

Şəmkirlilər hesabda geri düşəndən sonra da fəallıq nümayiş etdirməyib. Sanki yenilgi ilə öncədən barışmış kimi meydanda sakit təsir bağışlayıblar.

Gərginlikdən uzaq məcrada keçən matçın ən maraqlı məqamı Amit Quluzadə ilə bağlıdır.

Belə ki, «Füzuli»nin baş məşqçisi 90+3-cü dəqiqədə texniki zonadan kənarlaşdırılıb. O. hakimlərə etiraza görə Namiq Bəkirov tərəfindən cəzalandırılıb.

Xallarını 19-a yüksəldən "Füzuli" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Şəmkir OİK stadionu. 100 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Rəhman Mustafayev, 52 (qeyri-idman hərəkəti); Ülfan Hüseynov, 87 (qeyri-idman hərəkəti) // Vüsal Tahirov, 51 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Amit Quluzadə, 90+3 (hakimin qərarına etiraz)
Qol: Təmraz Əmircanov, 55 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Şəmkir”

12. İsrail İsmayılov
9. Anar Rzayev (k)
(17. Vahid İbrahimov, 76)
11. Elgün Namazov
7. Tural Vəlizadə
2. İlkin Allahverdiyev
20. Elcan Rəhimov
8. Ülfan Hüseynov
4. Sənan Həsənov
30. Kərəm Əhmədli
25. Rəhman Mustafayev
(10. Qeyrət Qənbərov, 57)
6. Nicat İsmayılov
Ehtiyat oyunçular:

1. Nicat Mahmudov
5. Şamxal Əliyev
14. Məhərrəm Bayramlı
77. Ülfət Vəliyev
57. Nəsimi Həsənli
3. İsmayıl Məmmədov
18. Cavidan Nuriyev
19. Fəxri Əsgərov
Baş məşqçi: Xəyal Abdullayev

“Füzuli”

12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
17. Vüsal Tahirov
(10. Cəsur Hüseynov, 59)
15. Əziz Hüseynov
5. Vüsal Səfərov
9. Elnur Səmədov
(11. Rəvan Abasov, 46)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
20. Haqverdi Həsənov
(71. Sergey Markelov, 80)
88. Ramin Məhərrəmli
3. Nurlan Məmmədov
Ehtiyat oyunçular:

95. Əli İbrahimov
22. Rafael Qavami
28. Ramil Məmmədov
44. Rafət Hənifli
8. Cavid Rəhimov
18. Nicad Şəmmədov
Baş məşqçi: Amit Quluzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA