Cənub komandası Lənkəranda uduzmağa adət etdi - VİDEO

9 Noyabr 2023 17:40 II Divizion 1 327
Cənub komandası Lənkəranda uduzmağa adət etdi - VİDEO

Azərbaycanda topu 1 metrdən boş qapıya vura bilməyən futbolçu -

Azərbaycan II Liqasında X tura yekun vurulub.

"Lerik" öz meydanında "Göygöl"ü qəbul edib. Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.

Kamal Həsənpur 7-ci dəqiqədə qapıçıdan dönən topu tora qovuşdurub. Erkən qoldan ruhlanan göyçaylılar fərqi artırmağa çalışıb.

Təhlükəli epizodlar yaratmağa davam edən qərblilərə Ayaz Məmmədlinin sayıqlığı mane olub. Cənubluların qapıçısı öz üzərinə düşəni etsə də, hücumçular bunu bacarmayıb.

«Lerik»dən Valid Yusubzadə son dəqiqələrdə 1 metr məsafədən hədəfi düşməyi bacarmayıb.

Xallarını 19-a yüksəldən "Göygöl" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 11 xalı olan "Lerik" isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 80 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Asif Abdullayev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Kamran Abdullazadə, 22 (qeyri-idman hərəkəti); Namiq Salayev, 43 (qeyri-idman hərəkəti); Feyruz Bağıyev, 69 (qeyri-idman hərəkəti); Valid Yusubzadə, 89 (qeyri-idman hərəkəti) // Emil Mürsəlov, 67 (qeyri-idman hərəkəti); Maşallah Məmmədov, 71 (hakimin qərarına etiraz); Vüsal Mehdiyev, 90+1 (qeyri-idman hərəkəti)
Qol: Kamal Həsən-pur, 7
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 8 dəq.

“Lerik”

1. Ayaz Məmmədli
3. Əflatun Məmmədov
19. Xətai Ramazanlı
(16. Balarza Qədirli, 46)
5. Feyruz Bağıyev
17. Fahil Dostiyev
(10. Nurlan Əmirzadə, 46)
42. Valid Yusubzadə
7. Kamran Abdullazadə (k)
22. Namiq Salayev
21. Nicat Səfərov
8. Qədir Həsənov
(4. Vusal Nuriyev, 62)
11. Rəvan Quluzadə
Ehtiyat oyunçular:

12. Hafiz Məmmədli
15. Rəsul Məmmədov
14. Məhəmməd Məmmədzadə

Baş məşqçi: Vidadi Hüseynov

“Göygöl”

13. Maşallah Məmmədov
(4. Qaya Nəsibov, 41)
17. Emil Mürsəlov
5. Səmid Rüstəmbəyli
10. Ziyabil Məmmədov (k)
15. Coşqun Abdiyev
20. Cavid Abbasov
70. Kamal Həsən-pur
24. Elmir Xəlilov
(22. Vüsal Mehdiyev, 38)
6. Kərim Vəliyev
(2. Möhsün Tapdıqov, 59)
25. Fərid Məmmədov
11. İntiqam Tağıyev
Ehtiyat oyunçular:
88. Nihad Məhərrəmov

Məşqçi: Elnur Kazımov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA