Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Kələ-kötür meydanda keçirilən oyunun ilk hissəsi olduqca maraqsız keçib. İmişli təmsilçisi hər iki qolu fasilədən sonra vurub.
Öncə "Neftçi"dən tanıdığımız Cavid İmamverdiyev hesabı açıb. Yarımmüdafiəçi ev sahiblərinin ofsayd yarada bilməməsindən istifadə edərək, qapıçıyla təkbətək çıxıb və sol ayaqla yaxın küncü dəqiq nişan alıb.
75-ci dəqiqədə Ramazan Abbasov səhnəyə çıxıb. "Bakı"nın yetirməsi olan millinin sabiq vingeri cərimə meydançasının həndəvərindən gözəl qola imza atıb.
Ağdaşlılar matçboyu zəif təsir bağışlayıb. "Kür-Araz"ün qapısı önündə bir dəfə də təhlükəli epizod yaratmayıblar.
Xallarını 15-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Şəfa" isə 11-ci yerdədir.
SPORTİNFO.AZ
Ağdaş şəhər stadionu. 150 tamaşaçı Baş hakim: Rəvan Həmzəzadə Baş hakimin köməkçiləri: Elman Kərimov, Zakir Şükürzadə Dördüncü hakim: Murad Səlimov Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Eldəniz Musayev Sarı vərəqələr: Zamiq Abubəkirov, 14 (hakimin qərarına etiraz); Elxan Məhərrəmov, 66 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 90+1 (qeyri-idman hərəkəti) // Babək Yaqublu, 73 (qeyri-idman hərəkəti); Cavidan Musazadə, 84 (qeyri-idman hərəkəti) Qollar: Cavid İmamverdiyev, 64; Ramazan Abbasov, 76 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.