Azərbaycan II Liqasında IX turun görüşləri keçirilib.
"Cəbrayıl" Bakıda "Ağdaş"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda bir-birindən gözəl qollar vurulub.
Ev sahiblərinin kapitanı Tapdıq Əhmədov het-trikə imza atıb. Hücumçu öncə «paneka» vuruşu ilə penaltidən hesabı açıb.
Əhmədov daha sonra uzaq məsafədən sol ayaqla iki baxımlı qola imza atıb. Tapdıq oyunu ilə göstərib ki, onun yeri II Liqa deyil.
Daha üst liqada özünü göstərə bilər. Çox qəribədir, Əhmədovun bu çempionatda nə işi var? Niyə I Liqa məşqçiləri onu görmür?
Cavid Hüseynovun komandası 44-cü dəqiqədən etibarən meydanda azlıqda qalsa da, fasilədən sonra daha iki dəfə fərqlənib.
Onlardan Baxşəli Baxşıliyevin vuruşunun üzərində dayanmağa dəyər. Yarımmüdafiəçi cərimə meydançası önündə təkbaşına reyd edərək, topu qapının uzaq küncünə göndərib.
"Cəbrayıl"ın qapıçısı Həsən Həsənli 67-ci dəqiqədə kobud səhvə yol verib.
Müdafiəçilərin ötürdüyü topu özündə saxlayan kiper Xəzər Məmmədovu aldatmaq istəyib, lakin "Ağdaş"ın forvardı "yuvarlaq meşin"i ondan "oğurlayaraq" topu silkələyib.
Qonaqlardan Nicat Baxşiyev 90+1-ci dəqiqədə gözəl texnika nümayiş etdirərək, Qarabağ təmsilçisinin qapısına yol tapıb.
Xallarını 21-ə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Ağdaş" isə 11-ci yerdədir.
SPORTİNFO.AZ
eftçi Futbol Mərkəzi (IV meydança). 30 tamaşaçı Baş hakim: Şamil İmanzadə Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Anar Bədəlov Dördüncü hakim: Rəsul Babayev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: İlham Əliyev Sarı vərəqələr: Əliəkbər Şəbiyev, 22, 44 (qeyri-idman hərəkəti); Tapdıq Əhmədov, 51 (hakimin qərarına etiraz); Elvin Dəmirov, 55 (hakimin qərarına etiraz) // Ramal Əhmədov, 22 (qeyri-idman hərəkəti); Oleq Xəlilov, 78 (qeyri-idman hərəkəti); Xəzər Məmmədov, 89 (oyunun bərpasının ləngidilməsi) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ruslan Hüseynov, 84 (hakimin qərarına etiraz) Qırmızı vərəqə: Əliəkbər Şəbiyev, 44 Qollar: Tapdıq Əhmədov, 17 (p.), 31; 70; Nurlan Quliyev, 43; Baxşəli Baxşəliyev, 61 // Ramal Əhmədov, 56 (p.); Xəzər Məmmədov, 67; Nicat Baxşiyev, 90+2 Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
1. Namaz İsmayılov
62. Mənsum Hüseynov
45. İntiqam Məmmədov
30. Nazim Kərimli
99. İman Müseyibov
47. Eldar Zeynalov
15. Nihat Şirinzadə
20. Zahid Abbaszadə Baş məşqçi: Cavid Hüseynov
“Ağdaş”
66. Ümid Paşayev
15. Vasif Nəsirov
9. Xəzər Məmmədov
3. Səbuhi Ağayev (k)
17. Ramal Əhmədov
20. Şəhriyar Kərimli
24. Teymur Həbibov
7. Taryel Zeynalov
6. Tural Əjdərli
(33. Sahil Nəcməddinov, 69)
19. Əbülfəz Əlizadə
(77. Oleq Xəlilov, 69)
18. Ayxan Məmmədli
(90. Nicat Baxşiyev, 69) Ehtiyat oyunçular:
12. Rəvan Əliyev
36. Şahin Həsənli
10. Tamerlan Rizvanov Baş məşqçi: Ruslan Hüseynov