Azərbaycanda uzaq məsafədən vurulan baxımlı qola diqqət - VİDEO

5 Noyabr 2023 23:40 II Divizion 840
Azərbaycanda uzaq məsafədən vurulan baxımlı qola diqqət - VİDEO

Azərbaycan II Liqasında IX turun görüşləri keçirilib.

"Qusar" Sumqayıtda "Dinamo"nu qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Şimal təmsilçisi 27-ci dəqiqədə tablodakı rəqəmləri hərəkətə gətirib.

Künc zərbəsçindən sonra qapı dirəyinə tuş gələn zərbəni Aslan Hüseynov başla tora istiqamətləndirib. Yeddi dəqiqə sonra İsa Cəbiyev əks-hücumu dəyərləndirib.

Qusarın eyniadlı komandası hissənin sonuna yaxın növbəti dəfə fərqlənib. Sərxan Ağayev cərimə meydançası daxilində əlverişsiz mövqedə olsa da, qapıçının xətasından istifadə edib.

Hücumçu bir də 90-cı dəqiqədə qol vurub. O, İbrahim Bağırovun yenə önə çıxmasından yararlanaraq, uzaq məsafədən qapını dəqiq nişan alıb.

«Dinamo»çu kiperin əlləri arasından tora daxil olan top Ağayevin çempionatda ümumi qollarının sayını 8-ə çatdırıb.

Xallarını 17-yə yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Yaşar Seyidovun çalışdırdığı "Dinamo" isə 12 xalla 8-ci yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Sənan Atayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Kazbək Qafarov, 64 (qeyri-idman hərəkəti); Şahmar Sədiyev, 75 (qeyri-idman hərəkəti); Viqar Əlibabayev, 88 (qeyri-idman hərəkəti) // Yusif Rufullazadə, 27 (qeyri-idman hərəkəti); Fizuli Dəmirov, 73 (qeyri-idman hərəkəti)
Qollar: Aslan Hüseynov, 27; Sərxan Ağayev, 41, 90 // İsa Cəbiyev, 35
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Qusar”

1. Əli Həsənli
77. Ruslan Poladov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
2. Emin Əliyev
(17. Şahmar Sədiyev, 52)
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
(5. Elnur Dəmirli, 90+2)
20. Pərviz Qaraxanov
(18. İlham Yarəliyev, 78)
4. Vüsal Hüseynov
13. Viqar Əlibabayev
(14. Nurlan İskəndərov, 90+2)
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:
7. Nicat Muxtarov
3. Murad İslamov
9. Camal Camalov
Baş məşqçi: Emin Əmiraslanov

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
(4. Məhəmməd Rəşidli, 82)
20. Valeh Seyidov (k)
77. İsa Cəbiyev
27. Rəsul Babazadə
(17. Fizuli Dəmirov, 37)
24. İlkin Həsənli
10. Ziya Məmmədli
3. Yusif Rufullazadə
5. Elxan Zeynalabdinzadə
(7. Elmin Əskərli, 65)
6. Kərim Məmmədov
2. Nihad Mahmudzadə
Ehtiyat oyunçular:

12. Elmin Qaçaylı
22. Elvin Mirzəyev
8. Yusif Cəfərov
15. Tərlan Veysəlli
19. Əkbər Səfərzadə
55. Nihat Bayramlı
16. Aslan Səlimov
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
Baş məşqçi: Novruz Əzimov

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı