Azərbaycan II Liqasında IX turun görüşləri keçirilib.
"Kür-Araz" Saatlıda "Şəfa"nı qəbul edib.
Hesabı qonaqlar açsa da, qarşılaşma İmişli təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İki veteran - Ramazan Abbasov və Cavid İmamverdiyev dubla imza atıb. Xeyli müddət əvvəl peşəkar səviyyədə futbol oynamayan yarımmüdafiəçilər artıq çəkiyə rəğmən, baxımlı qol vurub.
Xüsusən Ramazanın ikinc qolu gözəl alınıb. Cavidin isə formasının əyninə qısa oolması gözdən yayınmayıb.
62-ci dəqiqədə "Kür-Araz"ın beşinci qolunu vuran Rüfət Rəhimzadə diqqət mərkəzinə düşüb. Cinah asmasından sonra qapıçıyla müdafiəçilərin arasında «vurnuxan» top onun başına dəyərək tora daxil olub.
Xallarını 12-yə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə 12-ci yerdədir.
SPORTİNFO.AZ
Saatlı OİK stadionu. 45 tamaşaçı Baş hakim: Kamran Əliyev Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov Dördüncü hakim: İrşad Aydınov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Namiq Əliyev Sarı vərəqə: Kamran Kərimov, 90 (qeyri-idman hərəkəti) Qollar: Ramazan Abbasov, 11, 53; Cavid İmamverdiyev, 17, 48; Rüfət Rəhimzadə, 62 // Elşən Mirzəzadə, 7 Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1 dəq.
“Kür-Araz”
1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
(18. Ceyhun Quliyev, 66)
55. Qeyrət Əliyev
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
(21. Rüfət Rəhimzadə, 62)
8. Cavidan Musazadə
6. Ağasən Əsgərov
(44. Ramal Aslanlı, 73)
9. Elxan Məmmədov
(4. Fərid Oruczadə, 66)
77. Museyib Vəlizadə
(19. Elmin Məmmədzadə, 62)
15. Babək Yaqublu
17. Elariz Xəlilli Ehtiyat oyunçular:
99. Novruz Qəhrəmanov
12. Şöhrət Qasımlı
5. İlkin Hüseynli
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev Baş məşqçi: Ələmdar Mustafayev
“Şəfa”
79. Ayxan Qələndərli
33. Mehman İbadov
(2. Rəşad Cabbarlı, 49)
3. Kamran Kərimov
19. Emil Valehov
10. Elgün Məhərrəmov
(29. Museyib Beydiyev, 70)
6. Sərxan Camalzadə (k)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
7. Asim Quliyev
17. İbrahim Yusifov
(9. Murad Mehdiyev, 63) Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
28. Elnur Hacıverdiyev Məşqçi: Əli Əliyev