Azərbaycanda cərimə zərbəsindən vurulan yeni gözəl qol - VİDEO

2 Noyabr 2023 19:40 II Divizion 643
Azərbaycanda cərimə zərbəsindən vurulan yeni gözəl qol - VİDEO

Azərbaycan II Liqasında IX turun oyunları keçirilib.

"Şəmkir" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Maraqlıdır ki, qonaqlar bütün qolları fasilədən sonra vurub. Ilk yarıda komandalar hərəyə 1 dəfə fərqlənməyə yaxın olsa da, stadiona toplaşan 70 azarkeş hesabın açılmasını 50 dəqiqə gözləyib.

Tural Qurbatov cərimə zərbəsindən fərqlənməklə darmadağının əsasını qoyub. “Bakı”nın yetirməsi olan hücumçu bir qədər sonra dublunu rəsmiləşdirib.

Ona kimi isə Rubin Seyidov adını olmayan tabloya yazdırıb.

Fərman Qənbərovun qolunun üzərində dayanmağa dəyər.

Qusarlı yarımmüdafiəçi 82-ci dəqiqədə künc bayraq istiqəmətindən topu birbaşa qapınn uzaq “doqquzluğ”una göndərib.

Cərimə zərbələrindən vurulan ən gözəl qolların seçimi aparılsa, heç şübhəsiz, Fərmanın bu siyahıda yer almalıdır.

Xallarını 17-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.

SPORTİNFO.AZ

Şəmkir OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Oruc Həsənov
Dördüncü hakim: Vüqar Alıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqə: yoxdur
Qollar: Tural Qurbatov, 49, 66; Rubin Seyidov, 62; Fərman Qənbərov, 81; Mehdi Rəsulov, 85
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 1 dəq.

“Şəmkir”

1. Nicat Mahmudov
9. Anar Rzayev (k)
10. Qeyrət Qənbərov
(19. Fəxri Əsgərov, 64)
7. Tural Vəlizadə
2. İlkin Allahverdiyev
8. Ülfan Hüseynov
(77. Ülfət Vəliyev, 71)
4. Sənan Həsənov
18. Cavidan Nuriyev
(20. Elcan Rəhimov, 53)
30. Kərəm Əhmədli
17. Vahid İbrahimov
(25. Rəhman Mustafayev, 71)
6. Nicat İsmayılov
Ehtiyat oyunçular:

12. İsrail İsmayılov
57. Nəsimi Həsənli
3. İsmayıl Məmmədov
Baş məşqçi: Xəyal Abdullayev

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
(19. Samir Şixzadayev, 83)
3. Əlimirzə Daşzərini
(17. Nicat Abbasov, 53)
88. Mehdi Rəsulov
20. Elmin Əlizadə
11. Tural Qurbatov
7. Salman Atluxanov
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
27. Kamran Qürbətov
(77. Coşqun Qorçiyev, 70)
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
38. Mübarək Şaquliyev
10. Osman Osmanov
Baş məşqçi: Bəhram Şaquliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA