Azərbaycan klubundan ŞOK AÇIQLAMA - Onun "qumar" oynamasından şübhələnirik!

1 Noyabr 2023 09:20 II Divizion 1 576
Azərbaycan klubundan ŞOK AÇIQLAMA - Onun "qumar" oynamasından şübhələnirik!

Dünən məlumat verdiyimiz kimi, Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Hadisə II Liqanın «Göygöl» - «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.

Döyüləcəklərindən qorxan «ədalət təmsilçiləri» final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.

“Göygöl” hadisəylə bağlı bəyanat yayıb. Açıqlamada deyilir:

“Göygöl”31 oktyabr tarixində “Göygöl” FK və “Sheki City” FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib.

Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inanımızı bildiririk.

Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib.

O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib.

Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb.

Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil edilməsinin vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı AFFA-ya rəsmi yazılı müraciət də ediləcək.

Onu da qeyd edək ki, oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi oluruq.

Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk.

"Göygöl" Futbol Klubu daim ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib.

Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar da olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik.

Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə adı hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk".

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Kərim Zeynalov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Emil Mürsəlov, 5 (qeyri-idman hərəkəti); Nicat Əmirxanov, 34 (hakimin qərarına etiraz); Cavid Abbasov, 60 (hakimin qərarına etiraz); Coşqun Abdiyev, 60 (hakimin qərarına etiraz); Ülvi Cəlilov, 60, 64 (qeyri-idman hərəkəti); Vüqar Əşrəfli, 78 (hakimin qərarına etiraz), 81 (qeyri-idman hərəkəti); Kənan Allahverdiyev, 78 (hakimin qərarına etiraz) // Elçin Ramazanov, 22 (hakimin qərarına etiraz); Ravil Yusifli, 60 (hakimin qərarına etiraz); Süleyman Rauflu, 71 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Araz Mansurov, 62 (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Ülvi Cəlilov, 64; Nicat Əmirxanov, 75 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək); Vüqar Əşrəfli, 81 // Xaliq Şabanov, 22 (ciddi qayda pozuntusu)
Qollar: Vüqar Əşrəfli, 38 // Ravil Yusifli, 34; Ceyhun Rəcəbli, 55
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - yoxdur.

Qeyd: Oyun baş hakimin qərarı ilə 83-cü dəqiqədə yarımçıq dayandırılmışdır.

“Göygöl”

1. Nicat Əmirxanov
17. Emil Mürsəlov
(13. Maşallah Məmmədov, 77)
5. Səmid Rüstəmbəyli
10. Ziyabil Məmmədov
15. Coşqun Abdiyev
20. Cavid Abbasov
8. Fizuli Həsənzadə
(14. Ülvi Cəlilov, 42)
7. Vüqar Əşrəfli (k)
70. Kamal Həsən-pur
33. Kənan Allahverdiyev
25. Fərid Məmmədov
Ehtiyat oyunçular:
2. Möhsün Tapdıqov
30. Emin Dibirov
22. Vüsal Mehdiyev
24. Elmir Xəlilov
4. Qaya Nəsibov

Baş məşqçi: Araz Mansurov

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
27. Yusif Dilanov
10. Ravil Yusifli
44. Osman Soltanov
11. Ceyhun Rəcəbli
21. Elşən Mustafayev
8. Xaliq Şabanov
77. Ramin Məmmədov
Ehtiyat oyunçular:

1. Yusif Mamqayev
7. Orxan Kərimov
80. Elxan İmayətov
17. Ramil İsmayılov
19. Elgün Şahmirov
60. Tunar Səlimov

Baş məşqçi: Firuddin Mövsümov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA