Azərbaycan II Liqasında IX turun oyunları keçirilir.
"Füzuli" Bakıda "Lerik"i qəbul edib.
Nominal ev sahibləri hesabı erkən açıb. Kənan Mirzəliyev 14-cü dəqiqədə topu yaxın məsafədən başla boş qapıdan keçirib.
Amit Quluzadənin çalışdırdığı kollektiv fərqi artırmaq üçün hücumlarının arasını kəsməyib. Təqrbən 7-8 belə fürsət yaxalayıblar.
Tələskənlik və diqqətsizlik son anda onların arzusunu gözündə qoyub. Qonaqların qapıçısı Ayaz Məmmədli də bir neçə fraqmentdə yoldaşlarının dadına çatıb.
«Vurmayana vurarlar» prinsipi 88-ci dəqiqədə işə düşüb. Sol cinahdan cərimə meydançasına daxil olan Balarza Qədirli bir manevrlə müdafiəçiləri çaşbaş salıb və topu qapıya istiqamətləndirib.
«Lerik»in bərabərlik qolunu vuran 26 yaşlı yarımmüdafəçisi sevincisini çılğınlıqla qeyd edib.
Xallarını 16-ya yüksəldən "Füzuliar" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 11 xalı olan "Lerik" isə 11-ci yerdədir.
SPORTİNFO.AZ
“ASK Arena”. 30 tamaşaçı Baş hakim: Nicat İsmayıllı Baş hakimin köməkçiləri: Elman Kərimov, Gülnurə Əkbərzadə Dördüncü hakim: Kamil Aydınov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Sarı vərəqələr: Vüsal Tahirov, 75 (qeyri-idman hərəkəti); Kənan Mirzəliyev, 90+2 (qeyri-idman hərəkəti) // Fahil Dostiyev, 18 (qeyri-idman hərəkəti); Balarza Qədirli, 73 (qeyri-idman hərəkəti); Namiq Salayev, 77 (qeyri-idman hərəkəti); Şəhriyar Zərbəliyev, 77 (qeyri-idman hərəkəti) Qollar: Kənan Mirzəliyev, 14 // Balarza Qədirli, 88 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Füzuli”
12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
(22. Rafael Qavami, 87)
17. Vüsal Tahirov
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(88. Ramin Məhərrəmli, 46)
9. Elnur Səmədov
(10. Cəsur Hüseynov, 57)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
21. Kənan Mirzəliyev
3. Nurlan Məmmədov
(44. Rafət Hənifli, 90)
11. Rəvan Abasov
(71. Sergey Markelov, 57) Ehtiyat oyunçular:
1. Əyyub Əliyev
95. Əli İbrahimov
28. Ramil Məmmədov
5. Vüsal Səfərov
8. Cavid Rəhimov
18. Nicad Şəmmədov Baş məşqçi: Amit Quluzadə