Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hərçənd «polislər» artıq ilk 29 ərzində hesabda 2:0 önə çıxmışdı. Öncə Valeh Seyidov fərqlənmişdisə, ardınca Elmin Əskərli onun ötürməsiylə fərqi artırmışdı.
Özlərini stadionun üzərindən uçan təyyarənin göyərtəsində hiss edən və fasiləyə üstün yollanan ev sahibləri ikinci hissəyə arxayın çıxıb. Nəticədə «Kür-Araz» bir-birinin ardınca 3 dəfə fərqlənib.
«Dinamo»nun yetirməsi olan Ramazan Abbasov dubla imza atıb. Qonaqlar daha 3 əlverişlli epizodu boşa verib.
Top gah qapı dirəyinə tuş gəlib, gah da qapıçı «Dinamo»nu qoldan xilas edib. Son saniyələrdə isə Novruz Əzimovun komandası bərabərlik qolunu vurmaq üçün əla imkan yaxalayıb, lakin fürsəti boşa veriblər.
Bütün fürsətlər üzüntü içində meydana sərilərkən, az sonra gələn xəbər ab-havanı tamam dəyfişib. Məlum olub ki, əz əvvəl imişlilərin heyətində meydana çıxan Ceyhun Quliyevin adı iştirak ərizəsinə salınmayıb.
81-ci dəqiqədə Cavidan Musazadəni əvəzləmiş Ceyhuna görə AFFA İntizam Komitəsi «Kür-Araz»a 0:3 hesablı texniki məğlubiyyət verib.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 50 tamaşaçı Baş hakim: Namiq Bəkirov Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev Dördüncü hakim: Maqsud Şamıyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Yavər Rəhimov Sarı vərəqələr: Ziya Məmmədli, 33 (qeyri-idman hərəkəti); Elmin Əskərli, 87 (qeyri-idman hərəkəti) // Ağasən Əsgərov, 61 (qeyri-idman hərəkəti); Mirabbas Mirbabayev, 90+4 (qeyri-idman hərəkəti) Qollar: Valeh Seyidov, 11; Elmin Əskərli, 29 // Ramazan Abbasov, 49, 73; Elariz Xəlilli, 67 Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 6 dəq. Qeyd: Oyunun 81-ci dəqiqəsində "Kür-Araz" klubunun heyətində matçın ilkin protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev meydançaya daxil olduğuna görə İntizam Komitəsinin qərarına əsasən "Kür-Araz" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Dinamo”
36. Süleyman Süleymanov
(1. İbrahim Bağırov, 55)
22. Elvin Mirzəyev
11. Şahin Əliyev
(3. Yusif Rufullazadə, 55)
7. Elmin Əskərli
20. Valeh Seyidov (k)
77. İsa Cəbiyev
(16. Aslan Səlimov, 65)
24. İlkin Həsənli
(19. Əkbər Səfərzadə, 81)
10. Ziya Məmmədli
15. Tərlan Veysəlli
5. Elxan Zeynalabdinzadə
(8. Yusif Cəfərov, 65)
6. Kərim Məmmədov Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
27. Rəsul Babazadə
17. Fizuli Dəmirov
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
2. Nihad Mahmudzadə Baş məşqçi: Novruz Əzimov
“Kür-Araz”
99. Novruz Qəhrəmanov
11. Ramazan Abbasov
(21. Rüfət Rəhimzadə, 81)
55. Qeyrət Əliyev
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
(18. Ceyhun Quliyev, 81)
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
77. Museyib Vəlizadə
(9. Elxan Məmmədov, 64)
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
(10. Cavid İmamverdiyev, 46) Ehtiyat oyunçular:
1. Əzəmət Müseyibov
12. Şöhrət Qasımlı
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
19. Elmin Məmmədzadə Baş məşqçi: Ələmdar Mustafayev