Azərbaycanda mövsümün ən gözəl və ağıllı qollarından birini o vurdu - VİDEO

28 Oktyabr 2023 17:40 II Divizion 994
Azərbaycanda mövsümün ən gözəl və ağıllı qollarından birini o vurdu - VİDEO

Azərbaycan II Liqasında VIII tur başa çatıb.

"Şəki Siti" doğma meydanda "Füzuli"ni qəbul edib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Hesabı 31-ci dəqiqədə Ceyhun Rəcəbli açıb. Şəkili oyunçunun qolu kifayət qədər baxımlı alınıb.

Hardasa Avropada gördlüyümüz kimi bir qol yəni. onun sezonun ən gözəl və ən ağıllı qollarından birinə imza atmasını əminliklə iddia edə bilərik.

Xaliq Şabanov 62-ci dəqiqədə ev sahiblərinin ikinci qolunu vurub. «Füzuli» məhz bundan sonra birdən-birə ayılıb.

Rəvan Abasov 79-88-ci dəqiqələr aralığında dubla imza atıb. O, fərqi minimuma endirdiyi epizodadda topu sinəsiylə qapı xəttindən keçirməsiylə yadda qalıb.

Gedişatın 180 dərəcə dəyişməsi «Şəki»ni çaşbaş salıb. Qonaqlar bundan yararlanmağa yaxın olub. Di gəl, qapı tiri «Füzuli»nin «kombek» etməsinə izn verməyib.

8 turdan sonra 16 xal toplayan "Şəki Siti" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 15 xalı olan "Füzuli" isə 5-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Rəhman Aslanov
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Elşən Mustafayev, 50 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 69 (qeyri-idman hərəkəti); Ravil Yusifli, 85 (qeyri-idman hərəkəti); Yusif Dilanov, 90+1 (qeyri-idman hərəkəti) // Kənan Mirzəliyev, 24 (qeyri-idman hərəkəti); Elnur Səmədov, 27 (qeyri-idman hərəkəti); Rafiq Kərimov, 69 (qeyri-idman hərəkəti); Rəvan Abasov, 75 (qeyri-idman hərəkəti); Haqverdi Həsənov, 81 (qeyri-idman hərəkəti); Süleyman Piriyev, 89 (qeyri-idman hərəkəti)
Qollar: Ceyhun Rəcəbli, 31; Xaliq Şabanov, 62 // Rəvan Abasov, 79; 88
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 4 dəq.

“Sheki City”

1. Yusif Mamqayev
(62. Elnar Şabanov, 45+1)
5. Ramil İsmayılov (k)
4. Süleyman Rauflu
7. Orxan Kərimov
(27. Yusif Dilanov, 60)
14. Elçin Ramazanov
10. Ravil Yusifli
44. Osman Soltanov
11. Ceyhun Rəcəbli
21. Elşən Mustafayev
(17. Ramil İsmayılov, 80)
8. Xaliq Şabanov
77. Ramin Məmmədov
Ehtiyat oyunçular:

23. Şahin Şaxnıyev
19. Elgün Şahmirov
60. Tunar Səlimov

Baş məşqçi: Firuddin Mövsümov

“Füzuli”

12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
15. Əziz Hüseynov
5. Vüsal Səfərov
(3. Nurlan Məmmədov, 46)
6. Ceyhun Cavadov
(20. Haqverdi Həsənov, 46)
9. Elnur Səmədov
(11. Rəvan Abasov, 60)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
21. Kənan Mirzəliyev
10. Cəsur Hüseynov
(22. Rafael Qavami, 60)
88. Ramin Məhərrəmli
(44. Rafət Hənifli, 74)
Ehtiyat oyunçular:

1. Əyyub Əliyev
95. Əli İbrahimov
28. Ramil Məmmədov
71. Sergey Markelov
8. Cavid Rəhimov
Baş məşqçi: Amit Quluzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA