Çempionluq uğrunda mübarizə aparan «Cəbrayıl» Binədə «Şəfa»nın qonağı olub.
Cavid Hüseynovun çalışdırdığı komanda 3 xalı darmadağınla qazanıb. İlk 26 dəqiqədə 6:2 hesablı böyükhesablı qələbənin dadına baxıblar.
Mehman Süleymanlı hesabı açıbsa, Nurlan Quliyev 4 dəqiqə içində dubla imza atıb. Süleymanlı fərqləndiyi epizodda əla texnika nümayiş etdirib,
Lionel Messiyə bənzəyən manevri ilə toru silkələyib. Onun Quliyevin ikinci qoluna reaksiyası da diqqətdən yayınmayıb.
Mehman bu epizodda topu ona ötürməyən Nurlanın qoluna sevinməyib və əl hərəkəti ilə gileyini büruzə verib.
Daha bir qeydimiz Emil Valehovla bağlıdır. «Şəfa»nın yarımmüdafiəçisi 65-ci dəqiqədə təqribən 25-30 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsiylə əla qol vurub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran «Cəbrayıl» turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Dörd xalı olan «Şəfa» isə 12-ci sıradadır.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 30 tamaşaçı Baş hakim: Rövşən Rəcəbov Baş hakimin köməkçiləri: Elman Kərimov, Asif Abdullayev Dördüncü hakim: Kamil Aydınov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin Məmmədov Sarı vərəqələr: Sərxan Camalzadə, 50 (qeyri-idman hərəkəti) // Tapdıq Əhmədov, 58 (qeyri-idman hərəkəti); İman Müseyibov, 90+2 (qeyri-idman hərəkəti) Qırmızı vərəqə: Sahib Cümşüdov, 68 (ciddi qayda pozuntusu) Qollar: Elşən Mirzəzadə, 44; Emil Valehov, 65 // Mehman Süleymanlı, 14; Nurlan Quliyev, 22; 26; Baxşəli Baxşəliyev, 42; Ağabəkir Həşimli, 63; Məhərrəm Orucov, 90+1 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Şəfa”
79. Ayxan Qələndərli
77. Sahib Cümşüdov (k)
3. Kamran Kərimov
19. Emil Valehov
10. Elgün Məhərrəmov
(2. Rəşad Cabbarlı, 87)
6. Sərxan Camalzadə
(13. İbrahim İsmayılov, 75)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
28. Elnur Hacıverdiyev
(9. Murad Mehdiyev, 46)
85. Əliabbas Səfərov Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
29. Museyib Beydiyev
21. Kərim Quluzadə Məşqçi: Əli Əliyev
“Cəbrayıl”
23. Həsən Həsənli
(1. Namaz İsmayılov, 70)
10. Tapdıq Əhmədov (k)
(11. Anar Tağıyev, 83)
17. Nurlan Quliyev
25. Baxşəli Baxşəliyev
(5. Anar Qarayev, 46)
26. Elvin Dəmirov
7. Mehman Süleymanlı
(90. Ağabəkir Həşimli, 46)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
4. Saleh Süleymanov
(99. İman Müseyibov, 46) Ehtiyat oyunçular:
62. Mənsum Hüseynov
45. İntiqam Məmmədov
9. Elvin Nəsibov
30. Nazim Kərimli
21. Kamran Yolçiyev
15. Nihat Şirinzadə
20. Zahid Abbaszadə Baş məşqçi: Cavid Hüseynov