Eyni rayonun komandaları bu nəticəni öz aralarında razılaşdırıb? - VİDEO+FOTOREPORTAJ

26 Oktyabr 2023 23:40 II Divizion 905
Eyni rayonun komandaları bu nəticəni öz aralarında razılaşdırıb? - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında VIII turun oyunları keçirilib.

"Şahdağ Qusar" Şamaxıda "Qusar"ı qəbul edib.

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və digər qonaqlar VİP-lojada öz yerini alıb. 50 azarkeşlə bərabər.

Buna rəğmən, Qusardan xeyli kənarda baş tutan rayon derbisində qapılara qol vurulmayıb. Baxmayaraq ki, hər iki tərəfin bunun üçün bir neçə imkanı olub.

Bəzi epizodlarda top hətta yaxın məsafədən «çərçivə»yə düşməyib. Bu xüsusda qapıçı və müdafiəçilərin də son anda xilaskara çevrilməsini qeyd etməliyik.

Fraqmentləri izləsəz, 90 dəqiqənin gərgin və sərt mübarizə şəraitində keçməsinə əmin ola bilərsiz.

Yəni ki. Qusar komandalarının öncədən 0:0-a razılaşması yönündə sosial şəbəkələrdə yayılan xəbərlər tam əsassızdır. Təsadüfi deyil ki. baş hakim Emin Əliyev matçboyu 7 sarı vərəqə göstərib.

8 turdan sonra hər iki komanda 14 xal toplayıb və turnir cədvəlinin 6-7-ci pillələrində əqrarlaşıblar.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Anar Bədəlov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Salman Atluxanov, 43 (qeyri-idman hərəkəti); Coşqun Qorçiyev, oyundan sonra (qeyri-idman hərəkəti) // Emin Əliyev, 36 (qeyri-idman hərəkəti); Ruslan Poladov, 40 (qeyri-idman hərəkəti); Viqar Əlibabayev, 88 (hakimin qərarına etiraz); Aslan Hüseynov, 89 (hakimin qərarına etiraz); Sərxan Ağayev, oyundan sonra (qeyri-idman hərəkəti);
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
88. Mehdi Rəsulov
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
7. Salman Atluxanov
(10. Osman Osmanov, 46)
17. Nicat Abbasov
(77. Coşqun Qorçiyev, 84)
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
3. Əlimirzə Daşzərini
20. Elmin Əlizadə
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

Qusar”

1. Əli Həsənli
77. Ruslan Poladov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
2. Emin Əliyev
(7. Nicat Muxtarov, 74)
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
4. Vüsal Hüseynov
17. Şahmar Sədiyev
(10. Təyyar Məmmədov, 57)
13. Viqar Əlibabayev
(5. Elnur Dəmirli, 5)
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:

14. Nurlan İskəndərov
3. Murad İslamov
9. Camal Camalov
18. İlham Yarəliyev
Baş məşqçi: Emin Əmiraslanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA