Azərbaycan klubunda yeni məşqçi vəzifə başına gətirildi

25 Oktyabr 2023 23:40 II Divizion 1 286
Azərbaycan klubunda yeni məşqçi vəzifə başına gətirildi

II Liqada çıxış edən «Lerik»də baş məşqçi dəyişikliyi gerçəkləşib.

Mövsümün əvvəlində komandanın sükanı arxasına keçən Vidadi Hüseynov iş yerindən ayrılıb.

Buna səbəb uğursuz nəticələrdir. Ardıcıl məğlubiyyətlərdən sonra vəzifəsi ilə vidalaşan mütəxəssisi Xəyal Abdullayev əvəzləyib.

Uzun illər «Xəzər Lənkəran»ın akademiyasında çalışmış gənc məşqçi artıq rəsmən bu görəvə üstlənib.

Cənub təmsilçisi çempionatın geridə qalan 8 həftəsində 10 xal toplayıb. «Göylər» bu göstərici ilə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti