«Əlbəttə, ovaxtkı Region Liqası ilə indiki İkinci Liqa arasında ciddi fərq var».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Cəbrayıl»ın baş məşqçisi Cavid Hüseynov deyib.
“Cəbrayıl” 2 il əvvəl Region Liqasının qalibi olmuşdu. Hazırda isə bu komanda II Liqada mübarizə aparır.
I Liqaya vəsiqə qazanmaq iddiasında olan komandanın çalışdırıcısı iki yarış arasında səviyyə fərqini önə çəkib:
«Orada dörd komanda yer uğrunda mübarizə aparırdısa, İkinci Liqada iddialıların say 7-8-dir.
Təsəvvür edin, birinci yerlə yeddinci yer arasında 3 xal fərq var. Bunun özü rəqabət adına çox şey deməkdir.
İkinci Liqada çıxış etmək asan deyil. AFFA-nın bu çempionatı təşkil eləməsi yaxşı oldu».

