Heç Premyer Liqada belə gözəl qol vurulmur - VİDEO

25 Oktyabr 2023 17:40 II Divizion 947
Heç Premyer Liqada belə gözəl qol vurulmur - VİDEO

Azərbaycan II Liqasında VIII turun oyunları keçirilib.

"Ağdaş" doğma meydanda "Kürmük Qax"ı qəbul edib.

Qonaqlar qarşılaşmaya fəal başlayıb. Telman Kərimovun çalışdırdığı komanda ardıcıl bir neçə qol vəziyyəti yaradıb.

Baş hakim Səbuhi Bayramov 29-cu dəqiqədə ev sahiblərinin qapısına penalti təyin edib. Elcan Hafizilinin zərbəsi qapı tirindən geri qayıdıb.

Bundan sonra ağdaşlılar stadiona toplaşmış azsaylı tərəfdarlarının dəstəyi ilə ara-sıra rəqibə güc gəlməyə çalışıb.

Gec də olsa, istəklərinə çatıblar. Taryel Zeynalov 90+1-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vurub və stadionu ayağa qaldırıb.

Xallarını 9-a yüksəldən "Ağdaş " turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 250 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Əbülfəz Əlizadə, 22 (qeyri-idman hərəkəti); Tamerlan Rizvanov, 40 (qeyri-idman hərəkəti) // Emil Eyvazlı, 10 (qeyri-idman hərəkəti); Elçin Süleymanov, 39 (qeyri-idman hərəkəti); Elcan Hafizli, 79 (qeyri-idman hərəkəti); Təbriz Feyzullayev, 90+3 (qeyri-idman hərəkəti)
Qol: Taryel Zeynalov, 90+1
Qolla nəticələnməyən penalti: Elcan Hafizli, 29
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Ağdaş”

66. Ümid Paşayev
15. Vasif Nəsirov
90. Nicat Baxşiyev
(23. Habil Məmmədli, 87)
2. Aqil Mirzəyev
3. Səbuhi Ağayev (k)
17. Ramal Əhmədov
24. Teymur Həbibov
11. Zamiq Abubəkirov
(7. Taryel Zeynalov, 56)
6. Tural Əjdərli
(18. Ayxan Məmmədli, 74)
78. Əbülfəz Əlizadə
(77. Oleq Xəlilov, 56)
10. Tamerlan Rizvanov
(9. Xəzər Məmmədov, 56)
Ehtiyat oyunçular:

1. Pünhan Hacıbalayev
33. Sahil Nəcməddinov
4. Azad Əzimli
8. Vüqar Kərimov
36. Şahin Həsənli
22. Eşqin Vəliyev
14. Elxan Məhərrəmov
Baş məşqçi: Ruslan Hüseynov

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
88. Elçin Süleymanov
9. Nail Təhməzli
23. Elvin Abidli
(11. Nurlan Camallı, 46)
4. Təbriz Feyzullayev
10. Elcan Hafizli
(22. Fərid Məhyəddinov, 90)
14. Vüqar Məmmədli
26. Fuad Osmanlı
(61. Şamil Rəcəbli, 90)
3. Emil Eyvazlı
(6. Təbriz Hacıyev, 46)
Ehtiyat oyunçular:

1. Murtuzəli Cabbarov
85. Asim Kərimov
99. Elvin Süleymanov
21. Rəvan Qurbanzadə
Baş məşqçi: Telman Kərimov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA