Azərbaycan II Liqasında VIII turun matçları davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 heç-heçə qeydə alınıb.
Qusarın iki komandası – “Şahdağ” və “Qusar” Şamaxıda üz-üzə gəlib. Eyni rayonun təmsilçiləri qolsuz sülhə razılaşıblar.
“Şəki” 2:0 hesabıyla önə çıxdığı matçda “Füzuli”yə qalib gəlməyi bacarmayıb. Çempionluq uğrunda mübarizə aparan “Cəbrayıl” isə “Şəfa”nı üstələməyə qətiyyən çətinlik çəkməyib.
"Şahdağ Qusar" - "Qusar" 0:0
"Şəki Siti" - "Füzuli" 2:2
Qollar: Ceyhun Rəcəbli, 31, Xaliq Şabanov, 62 - Rəvan Abasov, 79, 88
"Şəfa" - "Cəbrayıl" 2:6
Qollar: Elşən Mirzəzadə, 44, Emil Valehov, 65 - Mehman Süleymanlı, 14, Nurlan Quliyev, 22, 26, Baxşəli Baxşəliyev, 42, Ağabəkir Həşimli, 63, Məhərrəm Orucov, 90+1
|
Bombardirlər:
Vüqar Əşrəfli ("Göygöl") - 10 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 9 qol
Ravil Yusifli ("Sheki City") - 8 qol
Valeh Seyidov ("Dinamo") - 7 qol
Nurlan Quliyev ("Cəbrayıl") - 6 qol
Sərxan Ağayev ("Qusar") - 6 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 6 qol
Kamran Abdullazadə ("Lerik") - 6 qol

