Qarşılaşma cənub təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qədir Həsənov 22-ci dəqiqədə hesabı açıb. 10 dəqiqə sonra maraqlı hadisə baş verib.
Nominal ev sahiblərinin müdafiəçisi Valid Yusubzadənin ötürməsini qəbul edən qapıçı Ayaz Məmmədli topu ayağında saxlaya bilməyib və qonaqların hücumçusu Elgün Namazov «hədiyyə»ni dəyərləndirib.
45+1-ci dəqiqədə Kamran Abdullazadə səhnəyə çıxıb. «Lerik»in kapitanı fasilədən az sonra dublunu rəsmiləşdirib.
«Xəzər Lənkəran»ın yetirməsi uzaq məsafədən gözəl zərbəylə fərqi 2 topa çatdırıb. 54-cü dəqiqədə Namazav daha bir dəfə fərqlənib.bir qədər keçmiş o, meydandan qovulub.
«Lerik»in qapısına penalti təyin edilməməsinə etiraz edən şəmkirli forvard ardıcıl iki sarı vərəqə alıb.
Halbuki Elgünün narazı qaldığı epizodda referi Əkbər Əhmədov yanlış qərar vermişdi. «Şəmkir»lilər giley-güzar etməkdə haqlıdır.
Xallarını 10-a yüksəldən "Lerik" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.
SPORTİNFO.AZ
Lənkəran OİK stadionu. 50 tamaşaçı Baş hakim: Əkbər Əhmədov Baş hakimin köməkçiləri: Orxan İbişov, Rasim Axundov Dördüncü hakim: Emin Abdullayev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Namiq Əliyev Sarı vərəqələr: Namiq Salayev, 75 (qeyri-idman hərəkəti); Qədir Həsənov, 80 (qeyri-idman hərəkəti); Kamran Abdullazadə, 82 (qeyri-idman hərəkəti); Vusal Nuriyev, 90+4 (qeyri-idman hərəkəıti) // Qeyrət Qənbərov, 34 (hakimin qərarına etiraz); Rəhman Mustafayev, 63 (qeyri-idman hərəkəti); Elgün Namazov, 64 (qeyri-idman hərəkəti); 65 (hakimin qərarına etiraz); Sənan Həsənov, 82 (qeyri-idman hərəkəti); İlkin Allahverdiyev, 84 (qeyri-idman hərəkəti); İsmayıl Məmmədov, 88 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Xəyal Abdullayev, 72 (hakimin qərarına etiraz) Qırmızı vərəqə: Elgün Namazov, 69 Qollar: Qədir Həsənov, 22; Kamran Abdullazadə, 45+1, 47 // Elgün Namazov, 32; 55 Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
“Lerik”
1. Ayaz Məmmədli
25. Şəhriyar Zərbəliyev
3. Əflatun Məmmədov
5. Feyruz Bağıyev
10. Nurlan Əmirzadə
(19. Xətai Ramazanlı, 65)
17. Fahil Dostiyev
42. Valid Yusubzadə
7. Kamran Abdullazadə (k)
22. Namiq Salayev
15. Rəsul Məmmədov
(4. Vusal Nuriyev, 46)
8. Qədir Həsənov
(14. Məhəmməd Məmmədzadə, 83) Ehtiyat oyunçular:
12. Hafiz Məmmədli
Baş məşqçi: Vidadi Hüseynov
“Şəmkir”
1. Nicat Mahmudov
11. Elgün Namazov
10. Qeyrət Qənbərov
2. İlkin Allahverdiyev
8. Ülfan Hüseynov
4. Sənan Həsənov (k)
18. Cavidan Nuriyev
(57. Nəsimi Həsənli, 55)
30. Kərəm Əhmədli
17. Vahid İbrahimov
25. Rəhman Mustafayev
(3. İsmayıl Məmmədov, 46)
6. Nicat İsmayılov
(19. Fəxri Əsgərov, 25) Ehtiyat oyunçular:
12. İsrail İsmayılov
14. Məhərrəm Bayramlı Baş məşqçi: Xəyal Abdullayev