Bu gün II Liqada 8-ci tura start verilib.
“Dinamo” Binədə keçirilən matçda “Kür-Araz”la üz-üzə gəlib.
“Polislər” oyunun gedişində iki top fərqiylə önə çıxsa da, sonda məğlubiyyətlə üzləşib (2:3).
İmişli təmsilçisi bu nəticəyə sevinə bilməyəcək. Səbəb texniki xətadır.
Belə ki, millinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevin baş məşqçisi olduğu komandanın heyətində adı protokola daxil edilməyən futbolçu meydana çıxıb.
Söhbət Ceyhun Quliyevdən gedir. O, 81-ci dəqiqədə Cavidan Musazadəni əvəzləyib.
Bu üzdən AFFA İntizam Kimotəsinin “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verməsi qaçılmazdır.
SPORTİNFO.AZ

