Azərbaycanlı tanınmış bankirin oğlu klub prezidenti olacaq?

23 Oktyabr 2023 16:00 II Divizion 5 377
Azərbaycanlı tanınmış bankirin oğlu klub prezidenti olacaq?

«Qusar»ın prezidenti postuna ən real namizədin kimliyi müəyyənləşib.

Bu, İlkin Qəriblidir.

Sözügedən şəxs tanınmış bankir Eldar Qəribovun oğludur.

Onun futbola böyük maraq var. İ.Qəribli ötən mövsüm minifutbol üzrə ölkə çempionatında çıxış edib və B»irbaşa»nın heyətində qalib adını qazanıb.

Kamil Məmmədov sentyabrda «Qusar»ın rəhbərliyini tərk eləyib. O, «Neftçi»nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfə müşavir təyin olunub.

Onun yaratdığı şimal klubu II Liqada mübarizə aparır. Yeddi tura 13 xal toplayan komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti