Azərbaycanda futbolçu qeyri-adi hərəkət etdi - VİDEO

23 Oktyabr 2023 11:40 II Divizion 2 356
Azərbaycanda futbolçu qeyri-adi hərəkət etdi - VİDEO

Azərbaycan II Liqasında VII turun oyunları keçirilib.

"Kürmük Qax" öz meydanında "Şəfa"nı qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Qax Olimpiya Kompleksində təşkil olunan matçı 200 azarkeş izləyib.

Onlar hər iki qolu izləmək üçün son dəqiqələri gözləməli olub. Asim Quliyev 90+1-ci dəqiqədə penaltidən hesabı açıb.

Bir qədər sonra isə Fuad Osmanlı əlinə düşən fürsəti dəyərləndirib və «Kürmük»ə mövsüm ərzində ilk xalı qazandırıb.

Fərz etməyin ki, qarşılaşma buvaxtadək sakit məcrada keçib. Hər iki komanda fərqlənməyə 3-4 dəfə yaxın olub.

Qonaqlar iki epizodda rəqib futbolçulara qarşı cərimə meydançası daxilində kobudluğa yol verib. Baş hakimdən penalti qərarı gözləsələr də, Əli Əliyev «davam» işarəsi verib.

«Şəfa»nın yarımmüdafiəçisi Elşən Mirzəzadə isə nadir görülən hadisənin səbəbkarıdır.

O, önünə düşən topu qapı xəttinin üstündən kənara, qapıçıya tərəf vurub. Doğrudan da, qeyri-adi hadisədir.

Xallarını 4-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Mövsümdə ilk xalını qazanan "Kürmük Qax" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Mirnihad Seyidov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Təbriz Feyzullayev, 90 (hakimin qərarına etiraz); Fuad Osmanlı, 90+4 (qeyri-idman hərəkəti) // Sərxan Camalzadə, 44 (qeyri-idman hərəkəti); Asim Quliyev, 68 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Fuad Osmanlı, 90+4 // Asim Quliyev, 90 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
7. Qafar Qafarov
9. Nail Təhməzli
(22. Fərid Məhyəddinov, 85)
4. Təbriz Feyzullayev
2. Cəlil Əhmədov
10. Elcan Hafizli
14. Vüqar Məmmədli
(99. Elvin Süleymanov, 68)
77. Roma Dukaşvili
(23. Elvin Abidli, 90)
16. Büsat Süleymanov
11. Nurlan Camallı
(26. Fuad Osmanlı, 46)
Ehtiyat oyunçular:

1. Murtuzəli Cabbarov
88. Elçin Süleymanov
61. Şamil Rəcəbli
13. Sərxan Mirzəyev
6. Təbriz Hacıyev
17. Musa Kərimli
3. Emil Eyvazlı
21. Rəvan Qurbanzadə
Baş məşqçi: Telman Kərimov

“Şəfa”

12. Fərrux Əzizov
2. Rəşad Cabbarlı
(85. Əliabbas Səfərov, 61)
19. Emil Valehov
10. Elgün Məhərrəmov
6. Sərxan Camalzadə (k)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
7. Asim Quliyev
8. Əhməd Babayev
13. İbrahim İsmayılov
(9. Murad Mehdiyev, 75)
Ehtiyat oyunçular:
79. Ayxan Qələndərli
29. Museyib Beydiyev
21. Kərim Quluzadə
Məşqçi: Əli Əliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA