Azərbaycan çempionatında neçə belə qapıçı tanıyırsız? - VİDEO

20 Oktyabr 2023 20:40 II Divizion 1 392
Azərbaycan çempionatında neçə belə qapıçı tanıyırsız? - VİDEO

II Liqada 7-ci tur geridə qalıb.

İlk həftələrdən qeyri-sabit çıxış edən "Kür-Araz" Saatlıda "Qusar"ı qarşılayıb.

40 tamaşaçısı olan qarşılaşmada 2 qol vurulub. Emin Əmiraslanovun meydana çıxardığı qonaqların heyətində Şahmar Sədiyev dubla imza atıb.

Qusarlı hüxumçu 5 dəqiqə ərzində (77-82) nominal ev sahblərinin qapısına yol tapıb.

Bu epizoda kimi tərəflər bir neçə qol vəziyyəti yaxalayıb. "Kür-Araz"ın həmlələri daha kəsərli alınıb. Qonaqların qapıçısı Əli Həsənli və müdafiəçilər hesabın açılmasına imkan verməyib.

Əks tərəfin «çərçivə»sinə cavabdeh olan Əzəmət Müseyibov isə üstünə gələn topu əlinin içindən buraxmaqla, gedişatı dəyişdirib.

O, Şahmarın fərqləndiyi ikinci epizodda da topa çıxışda səhviylə yadda qalıb.

Yeddi tura 9 xal toplayan "Kür-Araz" hazırda turnir cədvəlinin doqquzuncu pilləsindədir. 13 xala malik "Qusar" yeddinci sıraya yüksəlib.

SPORTİNFO.AZ

Saatlı OİK stadionu. 40 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Rasim Axundov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Babək Yaqublu, 88 (qeyri-idman hərəkəti); Ceyhun Quliyev, 90+3 (hakimin qərarına etiraz) // Firudin Ağalarov, 27 (qeyri-idman hərəkəti); Sərxan Ağayev, 56 (qeyri-idman hərəkəti); Vüsal Hüseynov, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Şahmar Sədiyev, 77, 82
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
(9. Elxan Məmmədov, 84)
3. Fəyar Hüseynov
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
(18. Ceyhun Quliyev, 84)
8. Cavidan Musazadə
(16. Malik Bayramov, 71)
6. Ağasən Əsgərov
7. Eltun Hüseynov
(17. Elariz Xəlilli, 71)
77. Müseyib Vəlizadə
15. Babək Yaqublu
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

12. Şöhrət Qasımlı
99. Novruz Qəhrəmanov
21. Rüfət Rəhimzadə
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
44. Ramal Aslanlı
19. Elmin Məmmədzadə
Baş məşqçi: Ələmdar Mustafayev

Qusar”

1. Əli Həsənli
77. Ruslan Poladov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
2. Emin Əliyev
(18. İlham Yarəliyev, 70)
16. Aslan Hüseynov
7. Nicat Muxtarov
(17. Şahmar Sədiyev, 44)
8. Orxan Qurbanlı
4. Vüsal Hüseynov
13. Viqar Əlibabayev
(5. Elnur Dəmirli, 64)
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:
14. Nurlan İskəndərov
Baş məşqçi: Emin Əmiraslanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA