Azərbaycanda güclü külək futbolçuları yerə yıxdı - VİDEO

19 Oktyabr 2023 23:40 II Divizion 1 302
Azərbaycanda güclü külək futbolçuları yerə yıxdı - VİDEO

Azərbaycan II Liqasında VII turun oyunları keçirilib.

"Füzuli" Bakıda "Baku Sportinq"i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı 17-ci dəqiqədə Hüseyn Axundov açıb. Nominal ev sahiblərinin kapitanı cərimə zərbəsindən fərqlənib.

İkinci hissə daha maraqlı alınıb. Güclü küləyə və onun futbolçuları dəfələrlə yerə yıxılmağa məcbur edən sürətinə rəğmən.

Röyal Nəcəfov fasilədən 2 dəqiqə sonra cinah asmasını gözəl baş zərbəsiylə tamamlayıb. Hücumlarını davam etdirən "Baku Sportinq" daha 3 epizodda hesabı öz xeyrinə dəyişməyə yaxın olub.

"Füzuli"nin qapıçısı Rafiq Kərimov son anda cəld tərpənib. O, hətta küləyin istiqamətini və sürətini dəyişərək «çərçivə»yə doğru apardığı topu qapı xəttinin üstündən çıxarıb.

Xallarını 16-ya yüksəldən "Baku Sportinq" çempionatın lideridir. 14 xalı olan "Füzuli" isə 5-ci yerdədir.

SPORTİNFO.AZ

16 oktyabr 2023. Saat 13:00. “ASK Arena”. 40 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kərim Zeynalov
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Vüsal Tahirov, 61 (qeyri-idman hərəkəti); Kənan Mirzəliyev, 65 (qeyri-idman hərəkəti); Əyyub Əliyev, 68 (hakimin qərarına etiraz); Hüseyn Axundov, 87 (qeyri-idman hərəkəti) // Vüqar Rəhimov, 16 (qeyri-idman hərəkəti); Qərib İbrahimov, 50 (qeyri-idman hərəkəti); Məhəmməd Xəlilov, 85 (qeyri-idman hərəkəti)
Qollar: Hüseyn Axundov, 17 // Röyal Nəcəfov, 47
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Füzuli”

12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
17. Vüsal Tahirov
(10. Cəsur Hüseynov, 65)
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(22. Rafael Qavami, 83)
9. Elnur Səmədov
(88. Ramin Məhərrəmli, 74)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
20. Haqverdi Həsənov
(11. Rəvan Abasov, 83)
21. Kənan Mirzəliyev
3. Nurlan Məmmədov
Ehtiyat oyunçular:

1. Əyyub Əliyev
95. Əli İbrahimov
5. Vüsal Səfərov
71. Sergey Markelov
44. Rafət Hənifli
8. Cavid Rəhimov
Baş məşqçi: Amit Quluzadə

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
9. Röyal Nəcəfov (k)
10. Elgün Abbaslı
8. Aqşin Paşayev
(6. Ağası Babayev, 77)
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
44. Vüqar Rəhimov
99. Hakan Həsənov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
28. Ülvi Quliyev
14. Emil Həsənzadə
2. Ramil Rüstəmov
16. Emin Hüseynzadə
21. Murad Qarayev
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA