Çoxlarının tanımadığı azərbaycanlı oyunçudan FANTASTİK QOL - VİDEO

18 Oktyabr 2023 17:40 II Divizion 1 589
Çoxlarının tanımadığı azərbaycanlı oyunçudan FANTASTİK QOL - VİDEO

Azərbaycan II Liqasında VII turun oyunları keçirilib.

"Göygöl" adını daşıdığı doğma rayonda "Ağdaş"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahiblərinin hücumçusu Vüqar Əşrəfli yenə burada öz adından söz etdirib. O, pokerə imza ataraq, çempionatın bombardirləri siyahısında zirvəyə yüksəlib.

Vüqarın aktivində artıq 10 qolun olmasını qeyd edək. Fikrimizcə, Premyer Liqa və I Liqada çalışan məşqçiləri onu maraq dairəsinə daxil eləsə, uduzmazlar.

1997-ci il təvəllüdlü forvard əls qoleadorluq bacarığına malikdir və daha üst liqalarda özünü göstərmək gücündədir.

"Göygöl"ün digər futbolçusu Coşqun Abdiyevi də nəzarətdə saxlamağa dəyər. O, 31-ci dəqiqədə akrobatik vuruşla fantastik qolun müəllifi olub. Bu qolu dönə-dönə izləmək olar, həqiqətən xoş gəlir.

Xallarını 16-ya yüksəldən "Göygöl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Ağdaş" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 350 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Orxan İbişov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Emil Mürsəlov, 33 (qeyri-idman hərəkəti); Ziyabil Məmmədov, 74 (qeyri-idman hərəkəti) // Eşqin Vəliyev, 63 (qeyri-idman hərəkəti); Şəhriyar Kərimli, 75 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Vüqar Əşrəfli, 17, 22, 41, 78; Coşqun Abdiyev, 31 // Tamerlan Rizvanov, 58
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Göygöl”

1. Nicat Əmirxanov
17. Emil Mürsəlov
(4. Qaya Nəsibov, 89)
5. Səmid Rüstəmbəyli
(6. Kərim Vəliyev, 70)
10. Ziyabil Məmmədov
22. Vüsal Mehdiyev
(24. Elmir Xəlilov, 70)
15. Coşqun Abdiyev
(11. İntiqam Tağıyev, 89)
8. Fizuli Həsənzadə
14. Ülvi Cəlilov
7. Vüqar Əşrəfli (k)
(88. Nihad Məhərrəmov, 90+1)
70. Kamal Həsən-pur
33. Kənan Allahverdiyev
Ehtiyat oyunçular:
2. Möhsün Tapdıqov
30. Emin Dibirov
9. Fərid Soltanzadə

Baş məşqçi: Araz Mansurov

“Ağdaş”

1. Pünhan Hacıbalayev
15. Vasif Nəsirov (k)
90. Nicat Baxşiyev
(18. Ayxan Məmmədli, 77)
77. Oleq Xəlilov
4. Azad Əzimli
(36. Şahin Həsənli, 77)
20. Şəhriyar Kərimli
7. Taryel Zeynalov
(3. Səbuhi Ağayev, 46)
23. Habil Məmmədli
(14. Elxan Məhərrəmov, 77)
11. Zamiq Abubəkirov
78. Əbülfəz Əlizadə
(22. Eşqin Vəliyev, 61)
10. Tamerlan Rizvanov
Ehtiyat oyunçular:

12. Rəvan Əliyev
Məşqçi: İrfan İbrahimov

Digər Xəbərlər
Xəbər Lenti