190 azarkeşin tribunaya yığışdığı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Halbuki hesabı ev sahibləri açıb. Tural Vəlizadə 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
37-ci dəqiqədə müdafiəçilərin arasından siyrilən Ravil Yusifli bərabərlik qoluna imza atıb. Yekun qol fasilədən sonra vurulub.
Osman Soltanov 77-ci dəqiqədə adını tabloya yazdırıb. Şəkililərin oyunçusu autdan qəbul etdiyi qolu gözəl vuruşla qapının uzaq küncünə göndərib.
Soltanovun mövsümün ən gözəl qollarından birinin müəllifi olduğunu deyə bilərik.
Xallarını 15-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəmkir" isə 13-cü yerdədir.
SPORTİNFO.AZ
Şəmkir OİK stadionu. 190 tamaşaçı Baş hakim: Kamran Əliyev Baş hakimin köməkçiləri: Asiman Əzizli, Oruc Həsənov Dördüncü hakim: Elvin Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Rüfət Əmirov Sarı vərəqələr: Elgün Namazov, 76 (hakimin qərarına etiraz); Nicat Mahmudov, 78 (hakimin qərarına etiraz); Anar Rzayev, 81 (qeyri-idman hərəkəti) Qollar: Tural Vəlizadə, 23 (p.) // Ravil Yusifli, 37; Osman Soltanov, 77 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
“Şəmkir”
1. Nicat Mahmudov
9. Anar Rzayev (k)
11. Elgün Namazov
7. Tural Vəlizadə
2. İlkin Allahverdiyev
20. Elcan Rəhimov
(18. Cavidan Nuriyev, 69)
8. Ülfan Hüseynov
(10. Qeyrət Qənbərov, 56)
4. Sənan Həsənov
30. Kərəm Əhmədli
17. Vahid İbrahimov
6. Nicat İsmayılov
(77. Ülfət Vəliyev, 83) Ehtiyat oyunçular:
12. İsrail İsmayılov
57. Nəsimi Həsənli
3. İsmayıl Məmmədov
19. Fəxri Əsgərov
25. Rəhman Mustafayev Baş məşqçi: Xəyal Abdullayev
“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
40. Orxan Kərimov
14. Elçin Ramazanov
55. Yusif Dilanov
10. Ravil Yusifli
90. Osman Soltanov
27. Elşən Mustafayev
70. Xaliq Şabanov
8. Ramin Məmmədov Ehtiyat oyunçular:
12. Yusif Mamqayev
80. Elxan İmayətov
30. Şahin Şaxnıyev
13. Eldəniz Əliyev
17. Ramil İsmayılov
19. Elgün Şahmirov
60. Tunar Səlimov Baş məşqçi: Firuddin Mövsümov