II Liqada 7-ci turun növbəti oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Kürmük Qax” – “Şəfa” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Kür-Araz” “Qusar”la ev oyununda 2 cavabsız qolla məğlub olub.
Altı qolun qeydə alındığı “Göygöl” – “Ağdaş” matçında isə meydan sahibləri darmadağına seviniblər.
15 oktyabr
“Kür-Araz” – “Qusar” 0:2
Qollar: Şahmar Sədiyev, 77; 82.
“Göygöl” – “Ağdaş” 5:1
Qollar: Vüqar Əşrəfli, 17; 22; 41; 78. Coşqun Abdiyev, 31 – Tamerlan Rizvanov, 58.
“Kürmük Qax” – “Şəfa” 1:1
Qollar: Fuad Osmanlı, 90+5 – Asim Quliyev, 90+1-pen.
|
Bombardirlər:
Vüqar Əşrəfli ("Göygöl") - 10 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 9 qol
Ravil Yusifli ("Sheki City") - 8 qol
Sərxan Ağayev ("Qusar") - 6 qol
Valeh Seyidov ("Dinamo") - 6 qol
Elvin Nəsibov ("Cəbrayıl") - 5 qol
Tural Qurbatov ("Şahdağ Qusar") - 5 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 5 qol

