"Şəfa" Binədə "Göygöl"ü qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bütün qollar 64-cü dəqiqədən sonra vurulub. Öncə Ülvi Cəlilov tablodakı rəqəmləri «hərəkətə gətirib».
74-cü dəqiqədə baş hakim Fərid Hacıyev diqqət mərkəzinə düşüb. Referi müdafiəçinin cərimə meydançası daxilində topa adi müdaziləsini penalti olaraq qiymətləndirib və həm şübhəli, həm də gülməli qərar verib.
Cəlilov bu fürsəti qaçırmayıb və dublunu rəsmiləşdirib. Qonaqların qapıçısı və kapitanı Nicat Əmirxanov da səhvlə yadda qalıb.
Onun topu uzaqlaşdıra bilməməsi 90+1-ci dəqiqədə Möhsüm Taptıqovun avtoqolu ilə nəticələnib.
Qarşılaşma ilə bağlı daha bir maraqlı nüans Fərid Məmmədovla əlaqədardır. Belə ki, 2 tur əvvəl «Şəmkir»dən gəlmiş yarımmüdafiəçi bu dəfə matçın iştirak ərizəsinə daxil edilməyib.
Səbəb AFFA İntizam Komitəsinin ona görə araşdırma aparmasıdır.
«Dinamo» rəhbərliyi «Oyunçuların statusu və transferi» haqda qaydaları əsas gətirərək, «Göygöl»lə ötən tur keçirilən matçın (2:3) nəticəsinin ləğvini və qarşı tərəfə texniki məğlubiyyətin verilməsini istəyib.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 20 tamaşaçı Baş hakim: Fərid Hacıyev Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev Dördüncü hakim: Mahmud Bağırzadə Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Sarı vərəqələr: Elgün Məhərrəmov, 81 (qeyri-idman hərəkəti) // Cavid Abbasov, 35 (qeyri-idman hərəkəti) Qollar: Möhsün Tapdıqov, 90+2 (ö.q.) // Ülvi Cəlilov, 64, 74 (p.) Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Şəfa”
79. Ayxan Qələndərli
3. Kamran Kərimov
10. Elgün Məhərrəmov
(9. Murad Mehdiyev, 88)
6. Sərxan Camalzadə (k)
(29. Museyib Beydiyev, 78)
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
7. Asim Quliyev
17. İbrahim Yusifov
8. Əhməd Babayev
13. İbrahim İsmayılov
(19. Emil Valehov, 53) Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
2. Rəşad Cabbarlı
28. Elnur Hacıverdiyev
85. Əliabbas Səfərov Məşqçi: Əli Əliyev