Millinin sabiq oyunçusuna görə MÜBAHİSƏ DÜŞDÜ - VİDEO

14 Oktyabr 2023 17:40 II Divizion 971
Millinin sabiq oyunçusuna görə MÜBAHİSƏ DÜŞDÜ - VİDEO

Azərbaycan II Liqasında VI turun oyunları keçirilib.

"Şahdağ Qusar" Şamaxıda "Kür-Araz"ı qəbul edib.

Qarşılaşma İmişli təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb. Museyib Vəlizadə qapıçı Babək Allahverdiyevin səhvindən yararlanaraq, 20-ci dəqiqədə hesabı açıb.

Nominal ev sahibləri 45+1-ci dəqiqədə bərabərlik qolu vurmaq imkanı yaxalayıb. Millinin sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyevə qarşı kobudluq «Şahdağ»a penalti qazandırıb.

Epizod mübahisə doğurduğundan, oyun 3 dəqiqə dayanıb. Referi Səbuhi Bayramov köməkçisi ilə məsləhətləşəndən sonra cərimə vuruşunu işarə eləyib.

Fəqət Mehdi Rəsulov topu qapının üstündən vurub.

Qusar təmsilçisi ikinci hissəni tamamilə hücumda keçirib. Əzəmət Müseyibov qapısı ağzında yaranan təhlükəli epizodlarda sayıqlığı itirməyib və qonaqları dəfələrlə real qoldan xilas edib.

6 turdan sonra 9 xal toplayan "Kür-Araz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Şahdağ Qusar" isə 5-ci yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Nicat Abbasov, 32 (qeyri-idman hərəkəti); Coşqun Qorçiyev, 45 (hakimin qərarına etiraz); Ruslan Ağalarov, 45+3 (qeyri-idman hərəkəti); Mübarək Şaquliyev, 73 (qeyri-idman hərəkəti); Əlimirzə Daşzərini, 90+1 (qeyri-idman hərəkəti) // Ağasən Əsgərov, 45 (qeyri-idman hərəkəti); Elariz Xəlilli, 45 (qeyri-idman hərəkəti); Əzəmət Müseyibov, 71 (oyunun bərpasının ləngidilməsi)
Qol: Museyib Vəlizadə, 21
Qolla nəticələnməyən penalti: Mehdi Rəsulov, 45+1
Artırılan vaxt: I hissədə - 6 dəq; II hissədə - 6 dəq.

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
88. Mehdi Rəsulov
38. Mübarək Şaquliyev
71. İlqar Hüseynov
(77. Coşqun Qorçiyev, 90+5)
7. Salman Atluxanov
(10. Osman Osmanov, 45+1)
17. Nicat Abbasov
(3. Əlimirzə Daşzərini, 66)
4. Rubin Seyidov
21. Ruslan Ağalarov
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
(21. Rüfət Rəhimzadə, 84)
55. Qeyrət Əliyev
(9. Elxan Məmmədov, 66)
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
6. Ağasən Əsgərov
7. Eltun Hüseynov
(18. Ceyhun Quliyev, 70)
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
12. Şöhrət Qasımlı
10. Cavid İmamverdiyev
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
19. Elmin Məmmədza

Baş məşqçi: Ələmdar Mustafayev

,

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA