İki rayonun oyununda qaçırılan qol epizodlarını siz də izləyin! - VİDEO

13 Oktyabr 2023 21:00 II Divizion 833
İki rayonun oyununda qaçırılan qol epizodlarını siz də izləyin! - VİDEO

Azərbaycan II Liqasında VI tur geridə qalıb.

"Şəki Siti" hesabat həftəsində "Lerik"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Ravil Yusifli 12-ci dəqiqədə başla fərqlənib.

Amma bu, oyunun yeganə qolu olmaya bilərdi. Şəkililər hər iki hissədə bir neçə əla imkanı boşa verib.

Gah qapıçı qonaqları xilas edib, gah da top tirdən dönüb. Leriklilər 73-cü dəqiqədən etibarən meydanda azlıqda qalıb.

Fasilədən sonra forma şansı qazanan Əflatun Məmmədov 73-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.

Vidadi Hüseynovun çalışdırdığı komanda ümumiyyətlə zəif təsir bağışlayıb və haqlı olaraq növbəti məğlubiyyəti alıb.

Xallarını 12-ə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 8-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Elman Kərimov, Ağadur Məmmədov
Dördüncü hakim: Vüqar Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Ceyhun Rəcəbli, 81 (qeyri-idman hərəkəti) // Rahid Ağazadə, 52 (qeyri-idman hərəkəti); Əflatun Məmmədov, 72 (hakimin qərarına etiraz), 73 (qeyri-idman hərəkəti); Valid Yusubzadə, 83 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əflatun Məmmədov, 73
Qol: Ravil Yusifli, 12
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Sheki City”

1. Elnar Şabanov
4. Süleyman Rauflu
40. Orxan Kərimov
(95. Bilal Qandaxov, 90+3)
14. Elçin Ramazanov (k)
10. Ravil Yusifli
90. Osman Soltanov
9. Ceyhun Rəcəbli
(30. Şahin Şaxnıyev, 88)
27. Elşən Mustafayev
17. Ramil İsmayılov
70. Xaliq Şabanov
(80. Elxan İmayətov, 80)
8. Ramin Məmmədov
Ehtiyat oyunçular:

12. Yusif Mamqayev
13. Eldəniz Əliyev
77. İmran Azaxov
19. Elgün Şahmirov
20. Maxaç Əlimirzəyev
60. Tunar Səlimov

Baş məşqçi: Firuddin Mövsümov

“Lerik”

1. Ayaz Məmmədli
25. Şəhriyar Zərbəliyev
(14. Məhəmməd Məmmədzadə, 50)
5. Feyruz Bağıyev
10. Nurlan Əmirzadə
(22. Namiq Salayev, 46)
17. Fahil Dostiyev
(3. Əflatun Məmmədov, 46)
42. Valid Yusubzadə (k)
21. Nicat Səfərov
(19. Xətai Ramazanlı, 82)
9. Zaur Nuruzadə
20. Rahid Ağazadə
8. Qədir Həsənov
11. Rəvan Quluzadə

Ehtiyat oyunçular:

12. Hafiz Məmmədli
4. Vusal Nuriyev

Baş məşqçi: Vidadi Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA