Hesabı 17-ci dəqiqədə Valeh Seyidov açıb. Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu Kriştianu Ronaldonu xatırladan qola imza atıb.
Vaxtilə aşağı yaş qrupları üzrə ölkə çempionatlarının bombardiri olmuş hücumçu paortuqaliyalı ulduzun tərzində qapıya yol tapıb və qolu onun öz üslubunda qeyd edib. Beləcə, oğul Seyidov çempionatda qollarının ümumi sayını 6-ya çatdırıb.
"Polislər" fasilədən sonra daha 2 dəfə fərqlənib. Öncə Emin Əskərli fərqi artırıb.
Şahin Əliyev isə 56-cı dəqqədə Valeh Seyidovun ötürməsini boş qapıdan keçirib.
Qax komandası təsəlli qolu üçün irəli atılsa da, təhlükəli vəziyyətlər yaratmağa çətinlik çəkib.
Yalnız bir epizodda toru silkələsələr də, baş hakim Elvin Bayramov qapıçı Süleyman Süleymanova qarşı kobudluğun olmasına görə onu qeydə almayıb.
Xallarını 9-a yüksəldən "Dinamo" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Kürmük Qax" isə sonuncu yerdədir.
SPORTİNFO.AZ
Saat 15:00. Binə qəsəbə stadionu. 30 tamaşaçı Baş hakim: Elvin Bayramov Baş hakimin köməkçiləri: Asif Abdullayev, Rəhman Aslanov Dördüncü hakim: Vüqar Həsənli Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: İlham Əliyev Sarı vərəqələr: Valeh Seyidov, 20 (qeyri-idman hərəkəti); Şahin Əliyev, 36 (qeyri-idman hərəkəti); Elxan Zeynalabdinzadə, 68 (qeyri-idman hərəkəti); Tərlan Veysəlli, 81 (qeyri-idman hərəkəti); Ziya Məmmədli, 87 (qeyri-idman hərəkəti) // Elçin Süleymanov, 30 (qeyri-idman hərəkəti) Qollar: Valeh Seyidov, 17; Elmin Əskərli, 49; Şahin Əliyev, 56 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Dinamo”
36. Süleyman Süleymanov
22. Elvin Mirzəyev
11. Şahin Əliyev
(18. Əli Hacıyev, 89)
7. Elmin Əskərli
20. Valeh Seyidov (k)
24. İlkin Həsənli
10. Ziya Məmmədli
3. Yusif Rufullazadə
5. Elxan Zeynalabdinzadə
(15. Tərlan Veysəlli, 70)
6. Kərim Məmmədov
17. Fizuli Dəmirov
(19. Əkbər Səfərzadə, 84) Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
1. İbrahim Bağırov
27. Rəsul Babazadə
8. Yusif Cəfərov
55. Nihat Bayramlı
16. Aslan Səlimov
14. Rəmzi Səfərov Baş məşqçi: Novruz Əzimov