Cavid Hüseynovun yuxusunu qaçıran səhvlər toplusu - VİDEO

11 Oktyabr 2023 17:40 II Divizion 944
Cavid Hüseynovun yuxusunu qaçıran səhvlər toplusu - VİDEO

Azərbaycan II Liqasında VI tura yekun vurulub.

Çempionluq uğrunda mübarizə aparan “Cəbrayıl” Sumqayıtda "Qusar"ın qonağı olub.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Cavid Hüseynovun çalışdırdığı “Cəbrayıl” bu yenilgiyə görə yalnız özünü günahlandırmalıdır. Nominal ev sahiblərinin vurduğu son 3 qol sırf müdafiəçilərin “hədiyyə”sidir.

Hər üç halda onların yol verdiyi sadə top itkiləri “Qusar”ın fərqlənməsinə yol açıb. Orxan Qurbanlı, Vüsal Hüseynov və Kazbek Qafarov bu imkanı qaçırmayıb.

Qonaqlardan Mehman Süleymanlının 83-cü dəqiqədə fərqləndiyi epizod da maraqlı alınıb. O, qapıçı Əli Həsənli ilə müdafiəçinin “bölüşdürə” bilmədiyi topu çox yaxın məsafədən tora qovuşdurub.

Xallarını 10-a yüksəldən "Qusar" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 12 xalı olan "Cəbrayıl" isə 4-cü yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 40 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Aydın Baxşıyev
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Mirmehdi Rzayev, 31 (qeyri-idman hərəkəti); Ruslan Poladov, 85 (qeyri-idman hərəkəti) // Məhərrəm Orucov, 48 (qeyri-idman hərəkəti); Saleh Süleymanov, 53 (qeyri-idman hərəkəti); Nurlan Quliyev, 87 (qeyri-idman hərəkəti); Mehman Süleymanlı, 90+7 (qeyri-idman hərəkəti)
Qollar: Firudin Ağalarov, 45+2; Orxan Qurbanlı, 49; Vüsal Hüseynov, 68; Kazbək Qafarov, 75 // Nurlan Quliyev, 69; Mehman Süleymanlı, 83
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 7 dəq.

Qusar”

1. Əli Həsənli
77. Ruslan Poladov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
(17. Şahmar Sədiyev, 85)
57. Eşqin Tağıyev
(18. İlham Yarəliyev, 90+1)
20. Pərviz Qaraxanov
(2. Emin Əliyev, 85)
4. Vüsal Hüseynov
26. Mirmehdi Rzayev
(6. Kazbək Qafarov, 73)
13. Viqar Əlibabayev
(5. Elnur Dəmirli, 73)
Ehtiyat oyunçular:

14. Nurlan İskəndərov
99. Müseyyib Vəliyev
7. Nicat Muxtarov
3. Murad İslamov
Baş məşqçi: Emin Əmiraslanov

“Cəbrayıl”

23. Həsən Həsənli
10. Tapdıq Əhmədov (k)
17. Nurlan Quliyev
25. Baxşəli Baxşəliyev
13. Elşad Əliyev
(99. İman Müseyibov, 46)
7. Mehman Süleymanlı
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
(15. Nihat Şirinzadə, 61)
4. Saleh Süleymanov
(45. İntiqam Məmmədov, 54)
Ehtiyat oyunçular:

1. Namaz İsmayılov
62. Mənsum Hüseynov
30. Nazim Kərimli
26. Elvin Dəmirov
21. Kamran Yolçiyev
11. Anar Tağıyev
5. Anar Qarayev
20. Zahid Abbaszadə
Baş məşqçi: Cavid Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA