Azərbaycanda bu ildən keçirilən II Liqanın oyunlarının araşdırılmasına başlanıb.
Səbəb AFFA-ya daxil olan bəzi məlumatlardır.
Belə ki, çempionatın təqribən 10-a yaxın qarşılaşmasının nəticəsinin öncədən müəyyənləşdirilməsinə dair xəbərlər dolaşır.
Bu matçlara pul qoyuluşu edilməsi ilə bağlı informasiyalar ciddi şübhə doğurduğundan, federasiya hüquq-mühafizə orqanlarıyla bərabər təhqiqata start verib.
II Liqada 14 komanda mübarizə aparır. Reqlamentə əsasən, yarışın qalibi I Liqaya vəsiqə qazanacaq. Sonuncu yeri tutan iştirakçı isə Region Liqasına yuvarlanacaq.
SPORTİNFO.AZ

