Azərbaycanda mövsümün ən gözəl qollarından biri bu cür vuruldu - VİDEO

7 Oktyabr 2023 17:40 II Divizion 852
Azərbaycanda mövsümün ən gözəl qollarından biri bu cür vuruldu - VİDEO

Azərbaycan II Liqasında V tur arxada qalıb.

"Şəki Siti" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib.

250 tamaşaçının izlədiyi qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qusar təmsilçisi fasiləyədək 3 dəfə fərqlənib. Tural Qürbətov, Salman Altuxanov və Afin Bağırov başla fərqlənib.

Ev sahibləri 65-ci dəqiqədə penaltini qaçırıb. Babək Allahverdiyev Ceyhun Rəcəblinin zərbəsini geri qaytarıb.

Daha sonra Mehdi Rəsulov mövsümün ən gözəl qollarından birinə imza atıb. Yarımmüdafiəçi təqribən 25-30 metr məsafədən qapının uzaq «doqquzluğ»unu dəqiq nişan alıb.

Darmadağında axırıncı iştirakçı İlqar Hüseynov olub.

Xallarını 10-a yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Şəki Siti" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 250 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Samir Qaracayev
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Ramin İsmayılov, 7 (hakimin qərarına etiraz), 90+1 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 8 (hakimin qərarına etiraz); Süleyman Rauflu, 43 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 65 (hakimin qərarına etiraz); Nicat İmaməliyev, 90+2, 90+2 (hakimin qərarına etiraz) // Fərman Qənbərov, 14 (qeyri-idman hərəkəti); Nicat Abbasov, 64 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ramin İsmayılov, 90+1; Nicat İmaməliyev, 90+2
Qollar: Tural Qurbatov, 7; Salman Atluxanov, 12; Afin Bağırov, 17; Mehdi Rəsulov, 72; İlqar Hüseynov, 76
Qolla nəticələnməyən penalti: Ceyhun Rəcəbli, 65
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 2 dəq.

“Sheki City”

12. Yusif Mamqayev
(1. Elnar Şabanov, 46)
5. Ramin İsmayılov (k)
(30. Şahin Şaxnıyev, 74)
4. Süleyman Rauflu
40. Orxan Kərimov
14. Elçin Ramazanov
3. Nicat İmaməliyev
90. Osman Soltanov
9. Ceyhun Rəcəbli
80. Elxan İmayətov
(70. Xaliq Şabanov, 46)
77. İmran Azaxov
(27. Elşən Mustafayev, 46)
8. Ramin Məmmədov
Ehtiyat oyunçular:

10. Ravil Yusifli
17. Ramil İsmayılov
95. Bilal Qandaxov
19. Elgün Şahmirov
20. Maxaç Əlimirzəyev
60. Tunar Səlimov

Baş məşqçi: Firuddin Mövsümov

Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
(19. Samir Şixzadayev, 79)
88. Mehdi Rəsulov
20. Elmin Əlizadə
11. Tural Qurbatov
(71. İlqar Hüseynov, 55)
38. Mübarək Şaquliyev
7. Salman Atluxanov
(21. Ruslan Ağalarov, 79)
44. Afin Bağırov
(4. Rubin Seyidov, 46)
17. Nicat Abbasov
27. Kamran Qürbətov
(77. Coşqun Qorçiyev, 79)
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
36. Uğur Əzizli
3. Əlimirzə Daşzərini
9. Fuad Hüseynov
10. Osman Osmanov
Baş məşqçi: Bəhram Şaquliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA