"Neftçi"də vəzifə aldı, yerinə tanınmış bankirin oğlu gətirildi

7 Oktyabr 2023 14:40 II Divizion 1 290
"Neftçi"də vəzifə aldı, yerinə tanınmış bankirin oğlu gətirildi

Bu ildən II Liqada yarışan «Qusar»ın rəhbərliyində dəyişiklik olub.

Ötən mövsüm Region Liqasının qalibi adını qazanan klubun başına gənc iş adamı gətirilib.

Həmin şəxsin adı bizə hələ məlum olmasa da, bildiyimizə görə, o, ölkədə fəaliyyət göstərən banklardan birinin sahibinin oğludur.

Son həftələrə kimi «Qusar» Kamil Məmmədovun kurasiyasında idi. İndi isə sözünü etdiymiz şəxs «Neftçi»dədir.

Tanınmış FİFA meneceri paytaxt təmsilçisinin Müşahidə Şurasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA