"Füzuli" Bakıda "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nominal ev sahibləri 30-cu saniyədə hesabı açıb. Rəvan Abbasov cinah ötürməsini yaxın məsafədən qapıdan keçirib.
İbrahim İsmayılov 29-cu dəqiqədə status-kvonu təmin eləyib. Fasiləyə az qalmış Loğman Əliyev avtoqola imza ataraq, "Füzuli"ni sevindirib.
"Şəfa" ikinci hissədə penaltini qaçırıb. İbrahim Yusifovun 67-ci dəqiqədə yerinə yetirdiyi cərimə vuruşu qapı tirindən geri qayıdıb.
Rövşən Rəcəbovun hakimliyindən narazı qalan "Füzuli" son dəqiqələri azlıqda keçirib. Əziz Hüseynov referiyə etirazlarını dayandırmadığı üçün vaxtından əvvəl meydandan uzaqlaşdırılıb.
Xallarını 12-yə yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə 12-ci yerdədir.
SPORTİNFO.AZ
“ASK Arena”. 40 tamaşaçı Baş hakim: Rövşən Rəcəbov Baş hakimin köməkçiləri: Anar Bədəlov, Rəhman Aslanov Dördüncü hakim: Şamil İmanzadə Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Seymur Səlimli Sarı vərəqələr: Süleyman Piriyev, 77 (qeyri-idman hərəkəti); Əziz Hüseynov, 89, 89 (hakimin qərarına etiraz); Sergey Markelov, 90+5 (qeyri-idman hərəkəti) // Sahib Cümşüdov, 51 (qeyri-idman hərəkəti); Asim Quliyev, 87 (qeyri-idman hərəkəti) Qırmızı vərəqə: Əziz Hüseynov, 89 Qollar: Rəvan Abasov, 1; Loğman Əliyev, 43 (ö.q.) // İbrahim İsmayılov, 29 Qolla nəticələnməyən penalti: İbrahim Yusifov, 67 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.
“Füzuli”
1. Əyyub Əliyev
19. Hüseyn Axundov (k)
22. Rafael Qavami
(20. Haqverdi Həsənov, 62)
15. Əziz Hüseynov
5. Vüsal Səfərov
(6. Ceyhun Cavadov, 46)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
(88. Ramin Məhərrəmli, 65)
10. Cəsur Hüseynov
(71. Sergey Markelov, 65)
3. Nurlan Məmmədov
8. Cavid Rəhimov
(17. Vüsal Tahirov, 46)
11. Rəvan Abasov Ehtiyat oyunçular:
95. Əli İbrahimov
44. Rafət Hənifli
21. Kənan Mirzəliyev
30. Zaur Məmmədov Baş məşqçi: Amit Quluzadə
“Şəfa”
79. Ayxan Qələndərli
77. Sahib Cümşüdov (k)
3. Kamran Kərimov
(2. Rəşad Cabbarlı, 51)
10. Elgün Məhərrəmov
(9. Murad Mehdiyev, 58)
6. Sərxan Camalzadə
55. Loğman Əliyev
5. Fuad Cahangirli
71. Elşən Mirzəzadə
7. Asim Quliyev
17. İbrahim Yusifov
13. İbrahim İsmayılov
(85. Əliabbas Səfərov, 78) Ehtiyat oyunçular:
12. Fərrux Əzizov
28. Elnur Hacıverdiyev
29. Müseyib Beydiyev Məşqçi: Əli Əliyev