"Kənardan kömək olmasaydı, medallar uğrunda mübarizə apara bilməzdik"

6 Oktyabr 2023 14:40 II Divizion 1 064
"Kənardan kömək olmasaydı, medallar uğrunda mübarizə apara bilməzdik"

«AFFA-nın 50 min manat ayırması böyük köməkdir, amma biz bununla böyük işlər görə bilmərik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Cəbrayıl»ın direktoru Səbuhi Səfiyarlı deyib.

O, cari mövsümdən II Liqada mübarizə aparan komandaya rəsmi dairələrin və cəbrayıllı iş adamlarının dəstək olduğunu bildirib:

«Rayonun İcra Hakimiyyəti «Cəbrayıl»ın arxasındadır. Açığı, mən onların klubumuza belə diqqətlə yanaşacaqlarını gözləmirdim.

Məni yaxşı mənada çox təəccübləndirdilər. Bizə elə məsələlərdə köməklik göstərirlər ki… Həmçinin də Cəbrayıldan olan iş adamları.

Əlbəttə, bu yardımlar olmasaydı, hazırkı heyəti yığa, medallar uğrunda mübarizə apara bilməzdik. Biz də öz növbəmizdə əlimizdən gələni edirik ki, qarşımıza qoyduğumuz məqsədlərə çataq».

İkinci Liqada 5 tur arxada qalıb. Qarabağın işğaldan azad edilmiş rayonunun eyniadlı təmsilçisi 12 xal toplayıb və turnir cədvəlinin 1-ci pilləsində yerləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA