Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər Lənkəran 42"dən yerli publikaya yaxşı tanış olan Röyal Nəcəfov 32-ci dəqiqədə maraqlı qurulmuş hücumu qolla tamamlayıb.
Elman Sultanovun çalışdırdığı komanda ikinci hissədə Elgün Abbaslı ilə fərqi artırıb. O, 78-ci dəqiqədə müdafiəçinin səhvini bağışlamayıb.
Ev sahiblərinin qapıçısı Ayaz Məmmədli digər iki epizodda qolun qarşısını alıb.
Xallarını 12-yə yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 7-ci yerdədir.
SPORTİNFO.AZ
Lənkəran OİK stadionu. 110 tamaşaçı Baş hakim: Fərid Hacıyev Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Rasim Axundov Dördüncü hakim: Murad Səlimov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: İlham Əliyev Sarı vərəqələr: Valid Yusubzadə, 23 (qeyri-idman hərəkəti) // Elşad Manafov, 62 (qeyri-idman hərəkəti) Qollar: Röyal Nəcəfov, 33; Elgün Abbaslı, 78 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.